reklam
Regionxeberlericom.az » Dünya » Daha iki dövlət rəhbəri Moskvadakı parada getməktən İMTİNA ETDİ

reklam

Daha iki dövlət rəhbəri Moskvadakı parada getməktən İMTİNA ETDİ


Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhamedov və Ermənistanın baş naziri Nikol Paşinyan da iyunun 24-də Moskvada keçiriləcək paradda iştirakdan imtina ediblər.

Onlar bunu koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqələndiriblər.

Nikol Paşinyan Rusiya prezidenti Putinə dünən yazdığı məktubda koronavirusla bağlı Ermənistandakı ağır vəziyyətdən bəhs edərək "mövcud epidemioloji vəziyyət mənim bu səfəri rellaşdırmama imkan vermir",- deyə bildirib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə Çexiya prezidenti Miloş Zeman da Moskvadakı parada qatıla bilməyəcəklərini bildiriblər.

Qeyd edək ki, iyunbun 24-də İkinci dünya müharibəsinin bitməsinin 75-ci ildönümü ilə bağlı Moskvada qələbə paradı keçiriləcək.


Rəsmi Moskva dövlət başçılarına paradda iştirakla bağlı dəvətnamə göndərib.


Paylaş:


Müəllif : Tarix:
21-06-2020, 16:57
Sikayət   


loading...
Загрузка...