reklam
Regionxeberlericom.az » Dünya » Rusiyada koronavirusdan ölənlərin sayı 8 200-ü ötdü

reklam

Rusiyada koronavirusdan ölənlərin sayı 8 200-ü ötdü


Rusiyada son sutkada daha 7 600 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 592 280 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 95 nəfər artaraq 8 206-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 344 416 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 068 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9 milyonu ötüb. Bunların 4,8 milyondan çoxu sağalıb, 470 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Paylaş:


Müəllif : Tarix:
22-06-2020, 11:36
Sikayət   


loading...
Загрузка...