Əks-kəşfiyyat rəisi məxfi sənədləri götürüb ölkədən qaçdı? - TEHRANDA MÜƏMMALI HADİSƏLƏR BAŞ VERİR...
Ötən bazar günü İranın rəsmi KİV-ləri İnqilab Keşikçiləri Korpusunun daxili təhlükəsizlik bölməsinin komandiri vəzifəsinə briqada generalı Fəthulla Cumeyrinin təyinatı barədə xəbər yayıb.
regionxeberlericom.az virtualaz.org-a istinadən xəbər verir ki, Cumeyri həmin postda briqada generalı Əli Nəsirini əvəzləyib. Həmin yerdəyişmənin səbəbləri barədə heç bir əlavə məlumat verilməyib.
İnqilab Keşikçiləri Korpusunun daxili təhlükəsizlik bölməsi yüksək vəzifəli hərbi və mülki şəxslərin şəxsi təhlükəsizliyini, strateji obyektlərin mühafizəsini təmin edir, əks-kəşfiyyat fəaliyyətləri aparır. Faktiki olaraq İsrailin ümumi təhlükəsizlik xidməti ŞABAK-ın analoqudur.
Bundan iki sutka sonra-aprelin 23-də ABŞ-da mənzillənmiş “İran rejiminin cinayətlərini araşdırma Mərkəzi” general Nəsirinin məxfi sənədləri götürüb ölkədən qaçdığı, Yaxın Şərqdəki ABŞ səfirliklərindən birinə sığınıb siyasi sığınacaq istədiyini xəbər verib.
Bildirilir ki, Nəsirinin qaçması onun ali dini lider ayətullah Əli Xamneyinin nümayəndəsi Hüseyn Taeblə açıq münaqişəsi ilə bağlıdır. Məlumata əsasən general ABŞ səfirliynə İranın nüvə və raket proqramlarına, habelə bu ölkənin xüsusi xidmət əməkdaşlarının diplomatik pasportlarla xaricə səfərlərinə dair məxfi sənədləri təqdim edib.
Əslində Nəsirinin qaçması haqda məlumat ilk dəfə Livanda “Hizbullah”a yaxın “əl-Mayadin” saytında aprelin13-də yer alıb, amma cəmi yarım saat sonra həmin informasiya saytdan çıxarılıb.
Bildirilir ki, Nəsirinin qaçması ilə bağlı təhqiqata İnqilab Keşikçilərinin veteranı, İran liderinin etibarlı adamı Vahid Xaqanian başçılıq edir.
Korpusun yeni rəhbəri general Salami
İnqilab Keşikçiləri Korpusunda nəsə müəmmalı hadisələrin baş verdiyinə ayətullah Xamneyinin daha bir qərarı dəlalət edə bilər. Aprelin 22-də “Reuters” xəbər yayıb ki, Xameneyi Korpusun rəhbəri, general Əli Cəfərini vəzifəsindən azad edib. Onun yerinə ABŞ və İsrailə qarşı xüsusilə sərt mövqedə olan general Hüseyn Salamini gətirib. Əli Cəfəri Korpusa 11 ildir rəhbərlik edirdi, onun vəzifədən azad edilməsinin səbəbləri göstərilmir.
Hüseyn Salami 2009-cu ildə İnqilab Keşikçiləri Korpusunun komandan müavini olub, daha əvvəl isə Korpusun hərbi-hava və kosmik qüvvələrinin qərargah rəisi idi.
Hələlik İran rəsmi qaynaqları İnqilab Keşikçiləri Korpusunun generalının ölkədən qaçması barədə xəbərlərə münasibət bildirmir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-04-2019, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-04-2019, 14:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16