Türkiyənin təklifi erməniləri çətin duruma saldı
Türkiyə növbəti dəfə Ermənistana 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş faciəli hadisələri araşdırmaq üçün birgə səylər göstərmək çağırışı ilə çıxış edib.
Türkiyənin müdafiə naziri Hulusi Akar rəsmi Yerevanı hadisələrə aydınlıq gətirə biləcək Ermənistan arxivlərinə girişi təmin etməyə çağırıb. O, eyni zamanda Ermənistanı həmin hadisələrlə bağlı dünyanın, o cümlədən ABŞ-ın ictimai rəyi ilə manipulyasiya etməsində ittiham edib.
Hələ bir neçə il bundan əvvəl rəsmi Ankara 1915-ci il hadisələrini araşdırmaq və düzgün qiymətləndirmək üçün Türkiyə, Ermənistan və digər ölkələrin alimlərinin iştirakı ilə beynəlxalq komissiyanı yaratmağı təklif etdi. Lakin “erməni soyqırımı”nı elmi mübahisəyə ehtiyacı olmayan bir hadisə kimi dünyaya təqdim edən və tanıtdırmağa çalışan rəsmi Yerevan və dünya erməniləri Ankaranın təklifini rədd etdi.
Heç şübhəsiz ki, erməni tərəfi bu dəfə də Türkiyənin irəli sürdüyü təşəbbüsü qəbul etməyəcəkdir. Əvvəla, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Bakını dəstəkəyir. Türkiyə Ermənistanın “iyul təxribatı”na sərt reaksiya verməklə bunu bir daha nümayiş etdirib. Ankara birmənalı şəkildə Azərbaycana dəstək verəcəyini bəyan edib. Əslində Ermənistanın Türkiyəyə qarşı qondarma soyqırım iddiasını ortaya atmasının əsas səbəblərindən biri də Azərbaycanla münaqişədə olmasıdır.
Digər tərəfdən qondarma soyqırım mövzusuna aid bütün mövcud sənədlər, bir sıra ölkələrdə saxlanılan arxiv materialları, o cümlədən dünyaya açıq olan Türkiyə arxivlərindəki sənədlər nəinki Osmanlı imperiyasında ermənilərə qarşı soyqırım siyasətinin aparılmasını təsdiq etmir, üstəlik Birinci Dünya Müharibəsi dövründə erməni silahlı birləşmələri tərəfindən Anadolu və Azərbaycan türklərinə qarşı kütləvi qırğınların, soyqırımların törədilməsini danılmaz tarixi fakt kimi ortaya qoyur. Bu isə, öz növbəsində erməniləri və dünyada onlara himayədarlıq edən qüvvələri “erməni məsələsindən” Türkiyəyə qarşı istifadə etmək imkanlarından məhrum edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-07-2020, 23:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-07-2020, 23:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54