RUSİYA YENİ TANKINA ALICI TAPMAQDA ÇƏTİNLİK ÇƏKİR - 4 milyon dollarlıq “T-14”-ün potensial alıcıları kimlərdir?
Rusiya hələ 2015-ci ildə faşizm üzərində qələbənin 70 illiyi münasibətilə keçirdiyi hərbi paradda özünün yeni nəsil tankını - “T-14 Armata”-nı nümayiş etdirmişdi. Bu texnika barəsində Rusiya mətbuatında gedən yazılarda deyilir ki, ”Armata” tankının dünyada analoqu yoxdur. Əlbəttə, bu təbliğatın arxasındakı reallıq heç kimə bəlli deyil. Çünki Rusiyanın dünyanın digər ordularının döyüş cərgəsində fəaliyyət göstərən tanklarından fərqli olaraq, ”T-14” tankının istər iri miqyaslı hərbi təlimlərdə və istərsə də hər hansı qaynar döyüş nöqtələrində nəyə qadir olduğu yoxlamadan keçməyib.
Məsələn, bu ilin mart ayında Suriyanın İdlib vilayətində Türkiyənin müxtəlif modifikasıyalı “Pilotsuz Uçuş Aparatları” yüksək döyüş qabiliyyətinə malik olduqlarını əyani şəkildə göstərdilər.
Türkiyənin bu aparatları Rusiyanın çox təriflənən “PansirC-1” zenit-raket komplekslərini darmadağın etdi. Hazırda Rusiya öz ordusu üçün nəzərdə tutulandan xeyli az miqdarda “T-14 Armata” sifariş verib. Bunun konkret səbəbi hələlik bilinmir və məsələ iləəlaqədar müxtəlif versiyalar səslənir.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Forbes” nəşri “Rusiya özünün yeni T-14 tankını satmaq istəyir, kim onu almağa hazırdır?” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur.
Həmin yazıda deyilir: ”Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin rəhbəri Dmitri Şuqarev hələ xeyli əvvəl “TASS” agentliyinə müsahibəsində demişdi ki, Moskva özünün yeni “T-14 Armata” tankının bazara çıxarılması istiqamətində işləyir. Eyni zamanda Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bu ilin aprel ayında bildirmişdi ki, Rusiya 2021-ci ildə “Armata” tankı almağı planlaşdıran xarici ölkələrlə danışıqlara başlayıb və bir neçə sifariş də qəbul edib.
Bu tankın 2015-ci ildəki birinci prezentasiyasından indiyədək Rusiya “T-14 Armata”nın üstünlüklərini tərifləməkdə davam edir. Həmin üstünlüklər arasında tank əleyhinə raketləri məhv edə bilən aktiv müdafiə sistemi, şəbəkə məlumatlarının emalı, yüksək səviyyəli avtomatlaşdırma və 125 millimetrlik topu xüsusilə qeyd etmək lazımdır. Köhnə tanklardan fərqli olaraq, ”Armata”-nın baş hissəsində heyət üzvü oturmur. Tankın bütün ekipajı qalın zirehlə örtülmüş korpusda yerləşdirilir.
Bəzi Qərb ekspertləri hesab edirlər ki, ”Armata” bu gün NATO-nun tank qoşunlarının əsasını təşkil edən və “soyuq müharibə” dövründə hazırlanmış tanklardan üstündür. Burada söhbət ABŞ-ın “M-1 Abrams”, Almaniyanın “Leopard-2” və Böyük Britaniyanın “Challenger” tanklarından gedir. Bu ölkələr artıq yeni nəsil tankların və həmçinin də “Pilotsuz Uçan Aparatlar”-ın hazırlanması üzərində işləsələr də, ordunun yeni texnika ilə təchiz olunması üçün illər gərkədir.
Rusiyanın özü silahlı qüvvələrinin döyüş cərgəsini lazımı sayda “Armata” tankıyla təchiz etmir. Çünki bu tank bahalıdır və onun hər birinin qiyməti 4 milyon dollardır. Rusiya ordusu 2025-ci ilə kimi 2300 ədəd “Armata” tankının alınmasını planlaşdırırdı. Lakin sonradan Rusiya yeni müdafiə büdcəsini formalaşdıranda ordu üçün bu tanklardan cəmi 132 ədəd sifariş verdi.
Bəs, hansı ölkələrin “Armata” tankı alması ehtimal edilir? Potensial alıcılar sırasında Hindistan, Çin, Misir və Əlcəzairin adları çəkilir. ABŞ –ın “Hərbi Dəniz Analizi”(Center for Naval Analyses) eksperti Samel Bendett “Armata” tankının satış perspektivi barədə deyib: ”Rusiya adətən Yaxın Şərqə yeni silahları öz hərbi strukturunu təchiz etdikdən sonra satırdı. Əgər xarici ölkələrdə “T-14” maşınına maraq yaranıbsa, yəqin ki, satış Rusiya silahlı güclərinin bu tankı istifadə etməsindən sonra baş tutar.”Armata” tankının mürəkkəbliyini nəzərə alsaq, onda deyə bilərik ki, Yaxın Şərqdəki alıcıların sayı çox olmaycaq. Birləşmiş Ərəb Əmirlikləri və Misirə mümkün alıcılar kimi baxmaq olar. Onların Amerika, Avropa və Rusiya texnikasından istifadə etmək təcrübələri var. Hesab etsək ki, Əlcəzairdə “Terminator” kompleksi və digər mürəkkəb quruluşlu Rusiya hərbi avadanlıqları var, onda bu ölkənin “T-14” əldə etmək istəyi də yarana bilər. Rusiyanın “T-90” tankının əsas istifadəçisi olan Hindistanın da öz arsenalına “T-14” tankını daxil etməsi tamamilə mümkündür. O ki qaldı Çinin “T-14” tankı almaq istəyinə, məsələ ondadır ki, Çinin “Norinko” şirkətinin iddiasına görə, onların “VT-4” tankları “Aramata”nı üstələyir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2020, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-07-2020, 17:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09