Koçaryan “Qarabağ Ermənistandır” ifadəsini rədd etdi
Ermənistanın ikinci prezidenti Robert Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində baş nazir Nikol Paşinyanın səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə” ifadəsini qəbul etmədiyini bildirib.
regionxeberlericom.az-un Virtualaz.org-a istinadən məlumatına görə, R.Koçaryan bu barədə həbsdən sonra yerli mətbuata-3 erməni telekanalına verdiyi ilk müsahibəsində danışıb.
Onun sözlərinə görə, N.Paşinyanın Xankəndində (Azərbaycanın işğal altındakı şəhəri) verdiyi bu bəyanat hakimiyyət üçün müəyyən dərəcədə alleqorik məna daşıyır, eyni zamanda, əslində bu, Qarabağın Ermənistanın bölgəsinə çevrilməsi deməkdir.
R.Koçaryan sual verib ki, bu açıqlama “Qarabağ nizamlanmasında tərəfləri məmnun edəcək bir qərar qəbul edilməlidir” bəyanatı ilə necə uyğunlaşdırıla bilər.
O, Ermənistanın milli təhlükəsizliyinin yeni strategiyasında "Dağlıq Qarabağ Respublikası" və "Dağlıq Qarabağ xalqı" sözünün olmadığını təsadüfi hesab etmir, amma əhali sözü olduğunu xatırladıb.
Daha sonra Koçaryan danışıqlar prosesinin dayandırılmasına toxunub. Bildirib ki, danışıqlar istənilən müharibədən yaxşıdır. Bundan əlavə, keçmiş prezident danışıqlar prosesinin hələ də geri qaytarıla biləcəyinə inandığını bildirib.
Sabiq dövlət başçısı ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu da vurğulayıb: “Statistikaya baxıram və nikbinlik mənbəyi görmürəm. Hətta Mərkəzi Bankın proqnozlarına görə, Ermənistan iqtisadiyyatı 4-5% tənəzzülə uğrayacaq".
Ümumiyyətlə, ölkədə heç nəyin birmənalı şəkildə yaxşı olmayacağını vurğulayan R.Koçaryan qeyd edib ki, hökumət səhvlərini etiraf etməlidir: “Səhvlərinizi etiraf etməsəniz, heç vaxt öyrənməyəcəksiniz. Belə görünür ki, bu insanlar heç vaxt səhvlərini qəbul etməyəcəklər və bu, komplekslərin nəticəsidir. Yalnız güclü insan etiraf edir ki, bəli, səhv edib”.
Keçmiş prezident Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimlərə də münasibət bildirib. O deyib ki, bu gün də və 10-15 il əvvəl də Türkiyənin iddiaları əhəmiyyətli dərəcədə dəyişilməyib və bu amillə hesablaşmaq lazımdır: "Bu, Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını təklif edənlərə, RF səfirliyi qarşısında mitinq keçirənlərə ciddi mesajdır. Bu gün həmin adamlar nəinki ayılmalıdırlar, həm də başa düşməlidirlər ki, bu nə ilə bağlıdır və Rusiyanın hərbi bazası ölkəmizdə olmasa, bu, Ermənistan üçün hansı nəticələrə gətirib çıxara bilər. Türkiyənin NATO-da güclü imkanları olan çox böyük ordusu var".
Türkiyənin Naxçıvanda misli görünməmiş təlimlər keçirməsi və orada çoxlu sayda hərbçilər yerləşdirməsi barədə suala cavabında Koçaryan bildirib ki, bu, şübhəsiz, güc nümayişidir və belə halların mümkün olub-olmaması barədə xəbərdarlıq ehtiva edir.
"Bu cür genişmiqyaslı təlimlər yalnız təlimlər naminə keçirilmir, həm regionun bütün ölkələrinə ciddi siyasi mesajlar verir. Hesab etmirəm ki, bu təlimlər hərbi müdaxiləyə çevrilə bilər, amma bizə belə bir ssenarinin mümkün olduğunu çatdırırlar", - deyə Koçaryan bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2020, 14:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2020, 14:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39