reklam
Regionxeberlericom.az » Dünya » "Tezliklə təhlükəsiz və səmərəli vaksinlər olacaq" - Ümumdünya Səhiyyə Təşkilatı

reklam

"Tezliklə təhlükəsiz və səmərəli vaksinlər olacaq" - Ümumdünya Səhiyyə Təşkilatı


"Dünya COVID-19-a qarşı mübarizədə “ümid cücərtilərinin” şahidi olur". Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus avqustun 10-da keçirdiyi brifinqdə bəyan edib.


"The Independent" yazır ki, ÜST rəhbərinin bu bəyanatı verdiyi bir vaxtda qlobal koronavirus pandemiyası 20 milyon insanı bürüyüb, 750 min ölüm hadisəsi qeydə alınıb.

Buna baxmayaraq ÜST rəhbəri deyib ki, xəstəliyə qarşı qlobal mübarizədə ümidli olmaq üşün əsaslar yaranıb:“Mən bilirəm ki, çoxunuz kədərlisiniz və bu, dünya üçün doğrudan da çətin məqamdır. Amma mən açıq danışacağam. Ümidin yaşıl cücərtiləri görünür. Hansı ölkədə, şəhər və qəsəbədə olmasından asılı olmayaraq COVID-19 epidemiyasını dayandırmaq heç vaxt gec deyil”.

DSTbaşçısı pandemiyayareaksiyadaqlobalnümunəkimiYeniZelandiyanınadını çəkib. Avqustun 9-da bu ölkə icma daxilində heç bir yoluxmanın qeydə alınmadığı 100-cü günü bayram edir.

Doktor Tedros habelə Britaniya baş naziri Boris Consonu ölkənin ayrı-ayrı yerlərində lokal karantinlər tətbiq etdiyinə görə tərifləyib.

O Fransa prezidenti Emmanuel Makrona da Parisin bir sıra yerlərində maska taxılmasını icbari etdiyinə görə təşəkkürünü bildirib: “Son bir neçə gün ərzində Birləşmiş Krallığın baş naziri Boris Conson şimali İngiltərənin bir sıra yerlərində yoluxma ocaqlarının yaranması ilə bağlı “evdə qal” rejimi tətbiq edib. Fransada yoluxma hallarının artması səbəbindən prezident Emmanuel Makron Parisin gur yerlərində maska taxılmasını məcburi edib”.

ÜST rəhbəri deyib ki, belə tədbirlər vəəlimizdə olan müdafiə alətlərindən maksimum istifadə cəmiyyətlərin təhlükəsiz açılımına imkan verə bilər.

ÜST ölkələrə aşkarlamanın sürətləndirilməsini, yoluxmaların izlənməsini, adamlar arasında fiziki məsafənin saxlanmasını, maskaların müntəzəm olaraq taxılmasını və gigiyena qaydalarına riayət olunmasını bir daha tövsiyə edib.

Doktor Tedros xəbərdarlıq edib ki, məktəblərin yenidən açılması üçün COVID-19-un sıxışdırılmasını davam etdirmək lazımdır:“Biz hamımız məktəblərin təhlükəsiz bir şəkildə yenidən açılmasını istəyirik. Amma biz tələbələrin, müəllimlərin və bütün məktəb heyətlərinin təhlükəsizliyindən əmin olmalıyıq. Mənim mesajım gün kimi aydındır: virusu sıxışdırmaq, sıxışdırmaq və sıxışdırmaq lazımdır”.

ÜST-nin təcili tədbirlər üzrə direktoru, doktor Mayk Ryan ümid etdiyini bildirib ki, tezliklə təhlükəsiz və səmərəli vaksinlər olacaq, amma bu pandemiya ilə mübarizədə yalnız bir addımdır: “Mən əvvəllər də demişəm ki, bizim effektli poliot və qızılca vaksinlərimiz var, amma biz həmin viruslarla mübarizəni hələ də davam etdiririk. Effektiv vaksin suala cavabın yalnız bir hissəsidir. Bizim gərək kifayət qədər vaksinimiz olsun ki, ehtiyacı və tələbi olan hamıya çatsın”.

Xatırladaqki, ÜST-ninkoronaviruspandemiyası elanetdiyivaxtdan 6 aykeçir. (azadliq.org)


Paylaş:


Müəllif : Tarix:
11-08-2020, 13:34
Sikayət   


loading...
Загрузка...