reklam
Regionxeberlericom.az » Dünya » Atambayev Qırğızıstan prezidentini istefaya çağırdı

reklam

Atambayev Qırğızıstan prezidentini istefaya çağırdı


Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev respublikanın hazırkı başçısı Sooronbay Jeenbekovu dərhal istefa verməyə çağırıb.

“Sooronbay Jeenbekov Sadır Japarova (baş nazirə - red.) vəd etdiyi kimi dərhal istefa verməlidir. Və biz buna birlikdə nail olmalıyıq. Əks təqdirdə, çox gec olacaq”, - deyə o, bildirib.

Keçmiş dövlət başçısının sözlərinə görə, 5 oktyabr iğtişaşlarından sonra “müxalifət düşərgəsində ixtilaf başladı və liderlər bir-biri ilə ziddiyyət təşkil edərkən, əsas şeyi əldən verdilər ... Sooronbay klanının köməyi ilə yenidən mövqelərini möhkəmləndirməyə başlayıb”.

“Aydındır ki, Sooronbai Jeenbekov 10 oktyabrda onun dəstəyi ilə Baş nazir seçilən populyar siyasətçi Sadır Japarovun etimadını qazanıb... Allah eləsin, Sadır uğur qazansın”, - deyə o qeyd edib. Eks-prezident yeni baş nazirin “aldadılacağı və nüfuzdan salınacağı” ilə bağlı narahatlığını da dilə gətirib.


Paylaş:


Müəllif : Tarix:
12-10-2020, 17:03
Sikayət   


loading...
Загрузка...