Paşinyanın arvadının çağırışı etiraz doğurdu - Ermənilər ona təhqirlə cavab verdilər
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "vətənpərvər" ruhuna hesablanmış fikirləri erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb. O, ərinin uğursuz şəkildə rəhbərlik etdiyi erməni ordusundakı itkiləri doldurmaq üçün xalqa çağırış edib. Anna yazıb: “əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb”.
Azvision.az xəbər verir ki, müxalif erməni saytları bu cür şablon, “vətənpərvər” çağırışlardan çox ortaya real, uğurlu iş qoymağı vacib sayıblar.
Akopyanın sözlərini onun hərbi formasındakı fotoları ilə paylaşan məşhur erməni “Facebook” səhifələrindən birində təhqir və ağır ittihamlarla dolu geniş müzakirələr açılıb. Şərhlərdə daha çox Sorosun əlaltısı kimi təqdim edilən Paşinyanın ailəsinə nəzarəti itirdiyi qeyd edilir. Daha çox diqqət çəkən məqam isə yüzlərlə bəyənmə gələn şərhlərdəki Nikola aid karikaturalar olub. Bu cür təhqirlərlə öz aqressiyasını bildirən xeyli sayda erməni Paşinyanın özünün və komandasının ön cəbhədə olmasını vacib sayıb.
Akopyana gələn etiraz şərhlərinin bir neçəsini oxuculara təqdim edirik.
Armen Aramyan adlı istifadəçi Ermənistan hökumətinin nazir və məmurlarının fotokollajını paylaşaraq qeyd edir ki, əvvəlcə döyüşə Sorosun erməni komandasını göndərin.
Anaida Koryan adlı istifadəçi isə yazır ki, Paşinyanın arvadının müharibə çağırışları yersizdir, onun döyüşlər, müharibə haqqında anlayışı belə yoxdur: "Biz erməni qadınları hazırda baş verənləri böyük ağrı ilə izləyirik. İtirdiyimiz kişilər geri dönməyəcəklər, hamısı da həyat təcrübəsi olmayan azyaşlı oğlanlardır".
Arusyak Şahverdiyan yazıb: “Anna xanım sizdən xahiş edirik ki, ərinizə təsir edəsiniz işindən getsin. Bəlkə də yaxşı rəhbər deyilsiniz, imkan verin bu işləri bacaranlar gəlsinlər. Cavan oğlanlarımız qırılır, bu ağır günahdır!”
Şərhlərin əksəriyyəti gənclərin kütləvi şəkildə qırılmaları ilə bağlı olsa da, bəziləri erməni cəmiyyətini bu hala düşməsinin səbəbini axtarıb. Sveta Martirosyan qeyd edib ki, "sosial şəbəkələrdə bir-birinizi qırmaqdan utanmırsınızmı? Bu cür ittihamlarla, söz davaları ilə türkləri (azərbaycanlıları - red) sevindirmiş olursunuz. Hamımız silaha sarılmalıyıq, yoxsa vətənimizin sonu gələcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-10-2020, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-10-2020, 13:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54