“Paşinyan bütün cəbhələrdə məğlubdur” - Rusiyalı ekspertlər
Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə başlayandan bəri atdığı bütün addımlar düşünülməmiş olub və şöhrət naminə həyata keçirilib.
Bu barədə Rusiyanın "yugsn.ru" nəşri yazıb.
Qeyd edilib ki, indi bu uğursuzluq Ermənistanın çoxlu sayda şəxsi heyət və texnika itirməsində, eləcə də Ermənistan qoşunlarının, həmçinin kəşfiyyatın bütün cəbhə boyu məğubiyyətində özünü göstərir.
Bundan əlavə, Ermənistanın hazırkı hökumətinin döyüş meydanında strategiyasının olmadığı açıq şəkildə ortadadır.
Məqalədə vurğulanıb ki, Paşinyan atəşkəsə razılaşmır, Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyir və KTMT-dəki bəzi müttəfiqlik öhdəliklərindən bəhs edərək kömək istəyir. Lakin baş nazir unudur ki, Rusiya Ermənistana yalnız bu ölkənin hücuma məruz qalacağı təqdirdə kömək edə bilər.
Nikol Paşinyan həm də cəbhədəki məğlubiyyətlərə səbəb olan daxili problemləri görmür.
Koronavirus pandemiyası səbəbindən ölkədə fəlakətli bir vəziyyət yaranıb.
Bundan əlavə, ekspertlər Paşinyanı siyasi iradə, güvən və səriştəsi olmayan həddindən artıq zəif idarəçi kimi də tanıyırlar.
Tarixçi-şərqşünas, politoloq, keçmiş hərbi komandir İqor Dimitryev Ermənistan baş naziri barədə bildirib ki, qələbədən sonra vəd etdiyi islahatları həyata keçirə bilmədi və Sorosun qrant yeyənləri ilə komandasını formalaşdırdı.
Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov isə bildirib ki, əgər Ermənistanda çevriliş şəraiti yaransa, Paşinyanın qaçmağa yeri olmayacaq, erməni xalqı onu istənilən yerdə tapacaq:
"Ermənistanda ilk növbədə dövlət hakimiyyətinin dağılmasının pik həddə çatması tamamilə aydındır. Paşinyanın Soros rejimi siyasəti öz xalqı üçün yalnız bəlalar gətirdi. Paşinyan öz rusofobiyası ilə Moskvanı ölkədən uzaqlaşdırdı və indi İrəvan öz şovinizminin bəhrəsini görür”.
Ekspert onu da vurğulayıb ki, İrəvan bu gün bütün cəbhələrdə tam fiaskoya uğrayır və getdikcə vəziyyəti daha da pis olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2020, 14:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-11-2020, 14:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39