"İzvestiya": "Paşinyanın Qərb sevdasının sonu göründü" - SENSASİON ANALİZ
Noyabrın 10-na keçən gecə Dağlıq Qarabağdakı müharibə sona çatdı. Son 28 ildə Cənubi Qafqazda minlərlə hərbçinin öldürüldüyü, ilk növbədə Dağlıq Qarabağda bir çox şəhər və kəndin mülki infrastrukturunun məhv edildiyi və mülki əhalinin ciddi itkilər verdiyi ən faciəli hadisə oldu. Bu müharibə, həm də bir münaqişənin həllini sonsuza qədər süründürməyin mənasız olduğunu təsdiqlədi. Digər tərəfdən, bu münaqişə ABŞ və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi təmsil etdiyi Qərbin Azərbaycanın əsas müttəfiqi olan Türkiyəyə ciddi təzyiq göstərmə mexanizmi idi.
Paris həqiqətən Türk milli maraqlarının əsas vektorunu Afrikadan (ilk növbədə Liviyadan) və Şərqi Aralıq dənizindən Qafqaza yönləndirmək istəyirdi. Yəni Ankaranı Qərblə münaqişədən Rusiyaya qarşı münaqişəyə müstəvisinə keçirmək marağı vardı Parisin. Bu müəyyən mənada Türkiyə üçün də cəlbedici görünürdü. Ankara üçün Azərbaycan Mərkəzi Asiyaya daha çox nüfuz etmək üçün, ilk növbədə, proqnozlaşdırılan Transxəzər sualtı qaz kəməri ilə əhəmiyyətli miqdarda təbii qaz tədarükü üçün “qapı” ola biləcəyini aydın şəkildə başa düşürdü
Fransa Türkiyəni Rusiyaya qarşı münaqişəyə cəlb etməklə həm də Türkiyəni iqtisadi cəhətdən zəif salmaq istəyirdi. Bu məqsədlə Türkiyə meyilli radikal islamçıların Dağlıq Qarabağa vuruşmağını sübut etmək və Avropanı Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını çalışdı. Bu isə alınmadı.Əksinə, Fransanın Ermənistana humanitar yardım adı ilə hərbi dəstək verdiyi üzə çıxcı.Məsələn, İrəvan, Goris və Stepanakertə tibbi yardım göstərən Fransız könüllü həkimlər adı ilə döyüşçülərin göndərilməsi faktı.
ABŞ-ın dəstəyinə gəldikdə isə. Bu dəstəyə İrəvan ən çox 23 oktyabrda inanırdı. Həmin gün ABŞ Dövlət Katibi Maykl Pompeo Ermənistan Xarici İşlər Nazirləri Zöhrab Mnaçakanyan və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla ayrı-ayrı görüşlər keçirdi. Bu arada Prezident Donald Tramp və administrasiyasının yüksək vəzifəli şəxsləri etnik ermənilərə ümid verici açıqlamalar verdilər, lakin hamısı seçkiqabağı xarakter daşıyırdı. Əslində amerikalılar Rusiyanı Ermənistandan uzaqlaşdırmağa çalışdılar. Bu isə İrəvanın Dağlıq Qarabağ üzərindəki nəzarətini itirməsini demək idi. Çünki Vaşinqton NATO-da ikinci böyük orduya sahib olan Türkiyə nin Cənubi Qafqazda bərkiməsini istəyirdi.
Son bir ayda Böyük Britaniya anti-erməni mövqeyi tutdu. BMT Təhlükəsizlik Şurası sədrinin ABŞ, Rusiya və Fransa tərəfindən dəstəklənən və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə çağıran bəyanatının qəbul edilməsinə mane oldu. Bu mövqe Macarıstan və bəzi digər Avropa dövlətləri tərəfindən dəstəkləndi.
Yuxarıda göstərilənlər faktlar nəticədə Nikol Paşinyan hökuməti üçün sürpriz oldu. Baş nazir Nikol Paşinyanın Qərbə meyillənməsi son nəticədə Prezident Vladimir Putinlə münasibətlərin soyumasına gətirib çıxardı. Son 2 ildə Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin Avropa ölkələrinin hərbiçiləri ilə isti münasibət qurmqğq çalışması da bunun göstəricisi idi. Bütün bunlarsa Ermənistanın Rusiyayla münasibətlərinin korlanmasına gətirib çıxardı.Belə vəziyyətdə Rusiyadan dəstək almayan İrəvanın Dağlıq Qarabağda məğlubiyyətə mıhkum idi.Sonda belə də oldu.
Bu gün Moskva sülhməramlıları gətirərək Qarabağa gəlməsi əslində etnik erməniləri və bir çox erməni hərbçisini xilas etdi. Baş nazir Nikol Paşinyan bunu yaxşı başa düşür, buna görə Qarabağdakı müharibəni Ermənistan üçün əlverişsiz şərtlərlə dayandırmaq üçün ortaq bir bəyanat imzaladı. Bu onu siyasi gələcəyindən məhrum edən məcburi bir addım idi. Qərb isə bu vəziyyətdə ona heç cür kömək etmək iqtidarında deyil.
Yuxarıdakı açıqlamaya görə, Ermənistan Kəlbəcər bölgəsini Azərbaycana 15 Noyabr, 20 Noyabr – Ağdam bölgəsi və 1 dekabr – DQR ətrafındakı təhlükəsizlik zonasının Laçın bölgəsinə təhvil verəcəkdir. Bu ərazilər Bakının nəzarətinə verildiyi üçün Ermənistan daxilində siyasi böhran daha da güclənəcək. Çox güman ki, bu, Nikol Paşinyanın istefa etmək məcburiyyətində qalacağına gətirib çıxaracaq. Yeni baş nazirin namizədliyi bəlli olmasa da, respublikanın keçmiş prezidentlərindən heç birinin namizəd olmayacağı aydındır. Göründüyü kimi, hərbi məğlubiyyət fonunda Dağlıq Qarabağ problemi əvvəlki əhəmiyyətini itirəcək və bu da Qarabağ klanının hakimiyyətə qayıtmasını istisna edəcək. Nəticədə, Ermənistan uzun müddətli iqtisadi-siyasi böhrana yuvarlanacaq.
“İzvestiya” 12 noyabr 2020
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az
Paylaş:
Müəllif : Yazar
Tarix:12-11-2020, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-11-2020, 15:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39