İranda kütləvi rəqslərə görə təzyiqlər başladı — VİDEO
İranın təhsil naziri Məhəmməd Bathey polisi “həyəcanlı videoyazılar”ın müəlliflərini, hansılarda ki, məktəblilər İran mənşəli Amerika müğənnisi Sasi Mankanın məşhur mahnısının sədaları altında şən rəqs edirlər, izləməyə çağırıb.
Virtualaz.org bildirir ki, bu barədə payvand.com xəbər yayıb.
Bildirilir ki, internetdə son günlərdə “rəqsə çağırış” adlı video yayılıb, hansında ki, bütün ölkə üzrə məktəblilər və tələbələr Mankanın bu yaxınlarda buraxılmış musiqi albomundan “Centlmenlər” mahnısının sədaları altında rəqs edirlər.
İran parlamentinin mühafizəkar üzvü hakimiyyətdən rəqsli videonun çəkildiyi məktəblərdə bütün vəzifəli şəxsləri işdən çıxarmağa tələb edib. İranın ən yüksək mənəvi hakimiyyəti olan Qazilər Şurası isə məhkəmələri və parlamenti yeni videoların qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.
İran polisi artıq videonun çəkildiyi məktəblərin bir neçə tələbə və müəllimini həbs edib. Ancaq onlara qarşı hansı ittihamın irəli sürüldüyü hələlik məlum deyil.
“Düşmən bizim vətəndaşlarımız arasında nifaq yaratmaq üçün müxtəlif üsullara əl atır. Həmçinin həyəcana səbəb olan videoçarxlar, hansılar ki, biz hiberməkanda görmüşük, yaymaqla”, – deyə təhsil naziri bildirib.
“Mən əminəm ki, məktəblərdə bu xain kliplərin arxasında hansısa bir siyasi sui-qəsd durur”, – deyə o əlavə edib.
Bathey onu da əlavə edib ki, videoçarxları internetə yerləşdirən insanların axtarışı üçün üç “ekspertdən” ibarət komanda yaradılıb.
İran cinayət qanunvericiliyinə görə rəqslər qanunsuz sayılmır, amma insan rəqsin istənilən forması üçün məsuliyyətə cəlb edilə bilər, əgər hakimiyyət bunu “ədəbsiz” və ya “əxlaqsız” hesab edərsə.
Mühafizəkar ruhanilər və məmurlar xüsusilə qadın və qızların ictimai şəkildə rəqs etmələrini qınayır və buna görə məhkəmə təqibi tələb edirlər…
Kaliforniyada yaşayan Sasi Mankan (əsl adı Sasan Heydaridir) 2000-ci illərin sonundan İrandakı müxalifət güclərini dəstəkləyir. 2009-cu ildə o hələ İranda yaşayır və gizli musiqi səhnəsində fəal iştirak edir, 2011-ci ilin fevral ayından etibarən ev dustaqlığında olan islahatçı prezidentliyə namizəd Mehdi Kərrubini müdafiə edirdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-05-2019, 00:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-05-2019, 00:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36