Ermənistan “qəbilə dövləti” olmaqdan imtina edəcəkmi? - GƏLİŞMƏ
Ermənistan və onun toplumu II Qarabağ savaşında haqq etdiyi məğlubiyyətin böyük acısını yaşayır, bütün dolağı ilə onun altını çəkir. Təhlilçilərə görə, bölgənin bu “izqoy” ölkəsi və onun xalqı baş verənlərdən dərs götürməzsə, doğru-düzgün nəticələr çıxarmazsa, indikindən qat-qat böhranlı bir duruma tuş gələcək.
Dərs isə ondan ibarət olmalıdır ki, Ermənistan öz qonşularına, özəlliklə Azərbaycan və Türkiyəyə qarşı başından böyük iddialarla yaşamağın nə qədər faciəvi olduğunu, nəhayət, anlamalı, tövbə eləməli, bir də belə sərsəm iddialara düşməməli və “Böyük Ermənistan”, “miatsum” kimi absurd planlarından həmişəlik əl çəkməlidir.
Özü də bunu nə qədər tez eləsə, bir o qədər özü üçün yaxşı olar. Çünki artıq qış qapını kəsdirib, ölkənin onsuz da böhran keçirən iqtisadiyyatı isə dağıdıcı müharibədən sonra faktiki quyunun dibindədir, erməni iqtisadçıları ölkədə ərzaq çatışmazlığının, bahalığın özünü getdikcə daha qabarıq şəkildə göstərəcəyi haqda xəbərdarlıq edirlər. Biz hələ gec-tez Azərbaycanın Ermənistana qarşı açacağı böyük təzminat davasını demirik. Onun altından da çıxmaq lazım gələcək.
*****
Təəssüf ki, erməni siyasi elitası mövcud sərt gerçəyi əsas götürüb də təcili şəkildə əsas qonşularla münasibətlər qurmağın yollarını axtarmaq əvəzinə, xırda istisnalarla hələ də öz bədbəxt xalqına Türkə nifrəti aşılamağa davam edir, kritik vəziyyətdən öz məkrli məqsədləri, merkantil maraqları üçün cinayətkarcasına yararlanmağa çalışır. Halbuki Ermənistan adlı formal dövlətin yeganə xilası məhz türkə qarşı sevgiyə bağlıdır, nəinki nifrətə və uzaq Rusiya ilə müttəfiqliyə. Məhz Türkiyə və Azərbaycanla hərtərəfli əlaqələrin bərpası erməni xalqını bəladan, Ermənistanı isə dövlət olaraq tam iflasdan qurtara bilər. “Yol xəritəsi” bəlli.
Ermənistanda bunu başa düşənlər var. Əfsus ki, onların qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaq çağırışları az qala, süngü ucunda qarşılanır. Guya ki, başqa xilas formulu varmış. Təsadüfi deyil ki, Bakı və Ankara ilə əlaqələrin bərpasına qarşı çıxanlar heç bir alternativ plan, təklif, ideya verə bilmirlər. Ona görə ki, belə bir şey, sadəcə, mümkün deyil, çünki bütün xilas yollarının hamısı Bakı və Ankaraya aparır.
Yeri gəlmişkən, dekabrın 10-da Bakıda keçirilmiş möhtəşəm Zəfər paradından dolayı Ermənistandakı “müharibə partiyası”nın üzvləri və onların xaricdəki havadarlarının ürəyindən hələ də “qara qanlar” axır. Onlar öz təxribatçı əməlləri üçün sanki yeni fürsət qazanıblar. Xüsusən də Prezident İlham Əliyevin Ermənistandakı qədim Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə və İrəvan haqda dedikləri onların yuxusunu əməlli-başlı qaçırıb.
Halbuki İlham Əliyev elə həmin gün, həmçinin ondan əvvəlki dönəmlərdə Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını bildirib. Çünki Azərbaycan tarixi gerçəkliklərə rəğmən, beynəlxalq hüquqa həmişə sayğılıdır. Biz ciddi ölkəyik, Ermənistan kimi “qəbilə dövləti” deyilik. Bu vəhşi qəbilənin işğal altındakı torpaqlarımızda hansı vandalist əməllərdən çıxdığını isə artıq bütün dünya bilir.
Bununla belə, Azərbaycan yenə böyüklük göstərərək, 44 günlük savaşdan sonra da İrəvana Ermənistanın daxil ola biləcəyi altılı əməkdaşlıq formatı təklif edib. Bu barədə Azərbaycan və Türkiyə liderləri birgə bəyanat veriblər. Əsas şərt də deyilib. Ən önəmlisi budur. Erməni xalqının rəzalət və səfalət zolağından çıxmasını istəməyən, öz xalqının müsibətləri hesabına varlanmağa vərdiş eləmiş avantürist qüvvələr məhz bu mesaja diqqət yetirmək əvəzinə, Zəngəzur, Göyçə və İrəvanla bağlı məlum sözləri təzədən türkə nifrəti körükləmək və erməni toplumunda yeni müharibə əhvalı yaratmaq üçün istifadə etməkdədir. Yeni müharibənin nə ilə nəticələnə biləcəyini bilə-bilə...
*****
Məsələ də ondadır ki, Qarabağ məsələsində çoxillik mənasız inadkarlığın ermənilərə neçəyə başa gəldiyi apaydın ortada ola-ola, bu xalq və onu yönəldənlər, yönəltməyə çalışanlar eyni bataqlığa ikinci dəfə girmək istəyirlər. Necə ki, 27 sentyabradək Ermənistan və onun cəmiyyəti illər boyu “Azərbaycana bir qarış da torpaq qaytarılmamalıdır” mərəzinə tutulmuşdu, - nəticəsi nə oldu, artıq hamıya bəlli, - indi də onlara “Türkə nifrət zərrəcə azalmamalıdır” faşist Njde məntiqi aşılanır. Hərçənd təkrar edirik, soyuq başla düşünən erməni xadimləri də var. Hansılar ki, Türkiyə və Azərbaycanla əlaqələri bərpa etməyin qaçılmaz olduğunu bəyan edirlər.
Son olaraq, baş nazir Nikol Paşinyan da bunu dilə gətirib. Təhlükəsizlik Şurasının ötən bazar keçirilən iclasında o, “Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazım olduğunu, rəsmi Ankara və Bakı ilə dil tapmağa çalışmağın, ortaq əlaqə nöqtələri tapmağın vacibliyini” söyləyib. Ondan qabaq isə Paşinyanın adamı - Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri, hökumət yönlü “Mənim addımım” fraksiyasının üzvü Andranik Köçəryan Azərbaycan və Türkiyə ilə barışığa çağırmışdı.
“Qonşularla diplomatik münasibətlər problemlərlə bağlı dialoq qurmaq və gərginliyin qarşısını almaq üçün çox vacibdir” - Köçəryan demişdi. “Yəqin ki, biz Türkiyə ilə münasibətlər qurmaq haqda düşünməliyik, çünki bu - bölgənin ən böyük oyunçularından biridir. Mən sabah nə olacağını demirəm, riskləri qiymətləndirməliyik. Bu, sonunda qonşularla münasibətlərin tənzimlənməsinə gətirməli olan prosesdir. Əgər bu baş verməsə, nəticələri haqda heç bir təsəvvürümüz olmayan müharibələrə məhkumuq”, - deyə Köçəryan öz xalqını xəbərdar edib.
Onun sözlərinə görə, dövlətlər bir-biri ilə müharibə edir, kimsə qalib gəlir, kimsə məğlub olur, lakin bu, o demək deyil ki, daim müharibə şəraitində yaşamaq lazımdır. “Müharibəni uzaqlaşdırmağın ən yaxşı yolu münasibətlər və dialoqdur. Uzun müddətdir ki, bizim aramızda dialoq olmayıb. 90-cı illərdə Türkiyə ilə bəzi əlaqələr var idi” - deputat bildirib və xatırladıb ki, müstəqilliyini elan etdikdən sonra Ermənistanı ilk tanıyanlardan biri məhz Türkiyə olub.
Əlavə edək ki, Köçəryan bundan qabaq da parlamentdəki çıxışı zamanı Azərbaycanla diplomatik münasibətlər qurmağın vacibliyini bəyan eləmişdi. Diqqətçəkicidir ki, bu cür bəyanatlar getdikcə artmaqdadır...
Ancaq hələ ki erməni cəmiyyəti belə çağırışlara qarşı indiferentdir. Bıçaq sümüyə dirənəndə, aclıq qapını kəsdirəndə isə gec ola bilər...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:15-12-2020, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-12-2020, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45