reklam
Regionxeberlericom.az » Dünya » Ermənistanda müharibə itkiləri ilə bağlı ümummilli matəm başladı

reklam

Ermənistanda müharibə itkiləri ilə bağlı ümummilli matəm başladı


Bu gündən Ermənistanda Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında həlak olanlarla bağlı üçgünlük ümummilli matəm başlayıb.

Bu barədə xarici mətbuat xəbər verir.

Hökumətin mətbuat xidməti daha əvvəl bildirib ki, matəm yürüşü şənbə günü "Respublika" meydanından "Yerablur" xatirə kompleksinə qədər davam edəcək. Yürüşə baş nazir Nikol Paşinyan başçılıq edəcək.

"Yerablura təntənəli matəm yürüşü saat 13:00-da “Respublika” meydanından başlanacaq", - xəbərdə deyilir.

Bundan başqa, müxalifət tərəfdarları da “Azadlıq” meydanından ayrıca təntənəli yürüş keçirmək niyyətindədir. Onlar müharibədə uğursuzluğa görə Paşinyanı ittiham edirlər.

Müxalifət liderləri həmçinin bildiriblər ki, baş naziri matəm tədbirlərinə buraxmayacaqlar. Bu, müəyyən gərginlik və müxalifətçilərlə və polis arasında toqquşmalar imkanını yaradır.


Paylaş:


Müəllif : Tarix:
19-12-2020, 09:26
Sikayət   


loading...
Загрузка...