Avropa İttifaqı koronavirus əleyhinə bu peyvəndin istifadəsini TƏSDİQLƏDİ
Avropa İttifaqının (Aİ) Dərman Agentliyi “BionTech” (Almanoya) və “Pfizer” (ABŞ) şirkətlərinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə hazırladığı peyvəndin istifadəsini təsdiqləyib.
Bu barədə Aİ-nin Dərman Agentliyinin baş direktoru Emer Kok mətbuat konfransında bildirib.
“Bu, elm adamları, sənaye, tənzimləyicilər, səhiyyə işçiləri və dünyadakı xəstələr arasında misilsiz səfərbərlik və məlumat mübadiləsinin nəticəsidir. COVID-19 peyvəndinin yoxlanılıb qiymətləndirilməsində iştirak edən Avropa İttifaqına bütün üzv dövlətlərdən cəlb olunan çox sayda mütəxəssisin və Agentlikdəki həmkarlarımın pərdə arxasındakı yorulmaz əməyini vurğulamaq istəyirəm. Dərman Agentliyinin elmi qiymətləndirməsi peyvəndin təhlükəsizliyi, keyfiyyəti və effektivliyinə dair elmi dəlillərin gücünə əsaslanır. Dəlillər inandırıcı şəkildə göstərir ki, peyvəndin faydaları onun risklərindən daha böyükdür”, – deyə baş direktor qeyd edib.
Xatırladaq ki Avropa Komissiyasının prezidenti Ursula von der Leyen dekabrın 27-dən etibarən Aİ ölkələrində peyvəndləmə kampaniyasının başlayacağını bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-12-2020, 19:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-12-2020, 19:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39