Kapitulyasiyanın ardınca böyük bahalaşma: - Ermənistanı 2020-dən də ağır il gözləyir
44 günlük müharibədəki məğlubiyyət sonrası reallığı erməni xalqının “həzm etməsi” prosesi çox ağrılı gedir. Artıq ikinci aydır “erməni xəstəliyi” özünün bütün parlaq “simptomları” ilə ortadadır. Sərhədlərin demarkasiyası, yəni Azərbaycan kəndlərinin geri verilməsi ətrafında qonşu ölkədə yaşanan milli isterika bunun bariz sübutudur.
Məntiqlidir, 26 ildir başqasının “at”ını özününkü sayaraq sürüb-çapanlar indi “at”dan düşüb onu öz halal sahibinə qaytarmalı olublar. Nəzərə alsaq ki, ermənilər onlara məxsus olmayanı, haramı geri qaytarmağı əsla sevməyən toplumdur, o zaman bunun necə ağır bir dərd olduğu anlaşılar. Onların milli faciələri da elə buradan - torpaq oğurluğundan və bu oğurluğa haqq qazandırmaq üçün uydurduqları tarixdən, o sırada alban kilsələrini erməniləşdirməkdən qaynaqlanır. Başqa oğurluqlar hələ o yana dursun.
Bu xüsusda tanınmış erməni biznesmen, Nikol Paşinyanın yaxın dostu Armen Martirosyanın facebookda paylaşdığı aşağıdakı status bədbəxt soydaşları üçün siqnal sayıla bilər: “26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”
Gözlənildiyi kimi, bu fikrinə görə onu hədələyiblər. Halbuki adam yalnız sərt gerçəyi deyib.
*****
Bu faktdan da görünür ki, erməni cəmiyyətinin böyük bir kəsimi hələ də illüziyaların əsiridir və israrla 10 noyabr sonrası acı reallığı, müharibədə işğalçı kimi haqq etdiyi ağır məğlubiyyəti qəbul etmək istəmir. Bununla ən böyük pisliyi də elə özünə edir. Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Sirkə nə qədər tünd olsa, öz qabını sındırar”.
Diqqətçəkicidir ki, dünənədək “Qarabağ - Ermənistandır və nöqtə” deyən baş nazir Nikol Paşinyan da, deyəsən, bəzi həqiqətləri anlamağa və etiraf etməyə başlayıb.
“Son 84 gün şübhəsiz ki, xalqımız üçün ən ağır günlər sırasındadır. Biz bütöv bir xalq olaraq kabus keçirdik və keçiririk”.
Bu, Paşinyanın facebook səhifəsindəki açıqlamasındandır. Onun sözlərinə görə, ermənilər reallıqla üz-üzə durmalı və illər boyu buraxdıqları səhvləri etiraf etməlidirlər. “Mən bunu baş nazir olanda və ondan sonra başa düşürdümmü? Əlbəttə. Vəziyyəti dəyişdirməyə çalışdımmı? Əlbəttə. Ancaq indi daha çox əminəm ki, tarixin hərəkət edən çarxını dayandırmağa vaxt yox idi”, - deyə erməni baş nazir hazırkı duruma məhz bütöv bir xalq olaraq, on illərlə aparılan yanlış siyasət və yanlış milli düşüncənin nəticəsi kimi gəlib çıxdıqlarına işarə edib. Yəni əsas səbəbkar yalnızca Nikol Paşinyan deyil, o yalnız - nəticədir.
Yada salaq ki, az öncə o, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması vacibliyini dilə gətirmişdi.
Bununla belə, müxalifət Paşinyanı milli satqın elan edərək, bütün günahları ona yükləməyə çalışır. Guya Paşinyanın yerində başqası olsaydı nəticə fərqli olacaqdı. Guya Nikol getsə və ultra-millətçi Manukyan gəlsə, erməni xalqı ağ günə çıxacaq. Bir xalq eyni bataqlığa, görəsən, nə qədər girər? Bax, bu sualı “ura-patriot” müxalifətə verən yoxdur. Paşinyanı satqın adlandırmağa nə var ki...
*****
Yeri gəlmişkən, bu gündən etibarən müxalifət hökuməti ölkə boyu kütləvi itaətsızliyin başlanacağı ilə hədələyib. Belə ki, dekabrın 22-si saat 12:00-dan Ermənistan üzrə tətil elan ediləcəyi, təhsilin dayandırılacağı gözlənilir.
Bunu “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib. O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb: “Dekabrın 22-də saat 12.00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel, hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.
Paşinyan isə istefaya hazırlaşmır. Bir səbəbi yazdıq: baş nazir haqlı olaraq, indiki durumun əsas səbəbini ölkənin indiki və bütün keçmiş iqtidarlarında, həmçinin erməni xalqının maksimalist istəklərində görür. Yəni kollektiv cavabdehlik məsələsi. İkinci yandan, o, eyni səbəbdən radikal müxalifətə geniş xalq kütləsinin dəstəyinin olmadığını görür.
“Paşinyan istefasını uzadır, çünki onun etməli olduğu çox iş var. Bura qoşunların çıxarılması, Azərbaycana şimalda 7-8 kəndin verilməsi aiddir”.
Bunu radikal müxalifətin təmsilçilərindən olan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan jurnalistlərə deyib.
“Paşinyan həmçinin Bakı ilə demarkasiya, diplomatik münasibətlərin bərpası haqqında razılaşma imzalamağa hazırlaşır. O, Azərbaycandan Türkiyəyə gedən Sünikdən (Zəngəzur-red.) keçəcək qaz kəmərinin tikilməsi və nəhayət, Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər qurmaq niyyətindədir”, - o bildirib.
Sual yaranır: Azərbaycan və Türkiyə ilə yaxın gələcəkdə diplomatik münasibətlər qurmaq niyyətinin nəyi pisdir? Məğlub və yoxsul, xəritədən silinmək üzrə olan ölkənin hansısa başqa qurtuluş yolu varmı? Qalıbmı? Ermənistanı “izqoy” (tullantı) dövlətə çevirən 27 illik sərt izolyasiya rejimi daşnak-millətçilərə dərs olmadımı?
*****
Yeri gəlmişkən, müharibədən sonra Ermənistanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Ən adi mallar belə, indi çoxlarının cibinə uyğun deyil.
Bu barədə “MIR 24" telekanalının erməni əməkdaşı Ana Arutyunyanın hazırladığı reportajda deyilir.
Onun sözlərinə görə, bazar-dükanlarda heç bir ajiotaj və sıxlıq yoxdur: “Çünki insanlar yalnız ən vacib məhsulları alır, onları da diqqətlə seçir, qiymətləri uzun müddət müqayisə edirlər. Hələ noyabr ayından günəbaxan yağı, yumurta, şəkər, un, makaron və çörəyin qiymətləri artmağa başlayıb. Həmçinin süd məhsulları bahalaşıb”.
Yerli iqtisadçılara görə, bahalaşmanın səbəblərindən biri erməni valyutasının dollara münasibətdə zəifləməsi, yəni məzənnədəki dəyişiklikdir. “İndi bir dollar təqribən 520 drama başa gəlir. Bu, sentyabr ayının əvvəlinə nisbətən demək olar, 35 dram bahadır. Ölkənin Mərkəzi Bankı isə heç bir proqnoz vermir”, - deyə reportajda qeyd olunur.
“Əslində heç kim məzənnənin necə olacağını bilmir. Bu an üçün biz real sektordan gələn hər hansı risk görmürük. Ancaq eyni zamanda, bildirmək lazımdır ki, hər günün məzənnəsi özündə bütün mövcud riskləri ehtiva edir” - Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan telekanala bildirib.
Bundan əlavə, gələn il fevralın 1-dən Ermənistanda elektrik enerjinin qiymətində də artım gözlənilir. Bununla bağlı Tarif Şurası artıq xəbərdarlıq edib.
*****
Beləliklə, müharibədə rüsvayçı kapitulyasiya ilə üzləşən və daha ağır iqtisadi duruma düşən Ermənistan təcili şəkildə vəziyyətdən çıxmaq yolları aramaq, ilk növbədə də Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmaq əvəzinə, “qızıl” kimi vaxtını itirməkdədir. Müşahidələr göstərir ki, kapitulyasiyanın ardınca kasıb Ermənistanı indi həm də aclıq təhlükəsi gözləyir. Ölkə təzə ilə böyük bahalaşma ilə girir. Bu minvalla Ermənistan üçün 2021-ci il 2020-dən də ağır gələ bilər...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:22-12-2020, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-12-2020, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39