Türkiyə mətbuatı Özilin Azərbaycanda mükafata layiq görülməsindən yazdı
"Sporx" nəşri bu barədə geniş məqalə dərc edərək, 32 yaşlı yarımmüdafiəçinin İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən qalib olduğunu xatırladıb. "2020-ci ilin ən döyüşkən futbolçusu Mesut Özil" başlıqlı xəbər nəşrin sosial media hesablarından da paylaşılaraq, xeyli bəyənmə toplayıb.
Yazıda bildirilir ki, İAM-ın sədri Elşən Məmmədov məşhur futbolçu haqqında bu fikirləri işlədib: "Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verən Mesut Özil bir türk kimi qardaş ölkənin haqq savaşında yanında olub".
Eyni zamanda yazıda Özilin Vətən müharibəsi dönəmində tvitterdə paylaşım edərək bu sözlərlə Azərbaycana dəstək olduğu xatırladılıb: "Bütün dünya Dağlıq Qarabağ bölgəsinin hüquqi və beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi olduğunu və qanunsuz işğal edildiyinin fərqinə varmalıdır. 2008-ci ilin martında Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütovlüyünü qəbul edib və Erməni silahlı birləşmələrinin ərazidən çıxarılmalı olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, əksəriyyətin bölüşdüyü fikri dəstəkləyirəm, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmalar ciddi həyəcanvericidir, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir".
Təcrübəli oyunçu həmin paylaşımında həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini sitat gətirib.
Analoji məzmunlu xəbər "Sabah" qəzetində də yayımlanıb.
Qeyd edək ki, Mesut Özil səsverməyə qatılan 51 KİV nümayəndəsindən 20-nin səsini toplayaraq, birinci yeri tutub.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-01-2021, 17:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-01-2021, 17:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09