reklam
Regionxeberlericom.az » Dünya » Aliexpress Amerikada qadağan edildi

reklam

Aliexpress Amerikada qadağan edildi


ABŞ-ın Aliexpress-dən mal almasına qadağa tətbiq etdiyi məlum olub.

regionxeberlericom.az xarici KİV-ə istinadən bildirir ki, Çin mobil ödəmə tətbiqləri ilə əməliyyatları məhdudlaşdıran fərman ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb və 45 gün ərzində qüvvəyə minəcək. Alipay ödəmə platforması, ABŞ-da əməliyyat aparması qadağan edilən xidmətlər siyahısına daxil edilib. İstifadəçilərin Aliexpress-də alış-veriş edə bilməsi onun sayəsində reallaşırdı.

WeChatPay, QQWallet, Tencent QQ və digər məşhur Çin tətbiqləri vasitəsilə də 45 gün ərzində əməliyyatlar məhdudlaşacaq.

Bu təşəbbüs ABŞ milli təhlükəsizliyinin qorunması ilə əlaqələndirilir. Qeyd olunur ki, 45 gün əvvəl ABŞ Ticarət Nazirliyi yuxarıdakı proqramlardan istifadə edərək hansı əməliyyatların qadağan olunduğunu göstərməlidir.


Paylaş:


Müəllif : Tarix:
7-01-2021, 16:45
Sikayət   


loading...
Загрузка...