reklam
Regionxeberlericom.az » Dünya » Daha iki ölkə liderinin sosial şəbəkədəki hesabı bağlanıb

reklam

Daha iki ölkə liderinin sosial şəbəkədəki hesabı bağlanıb


ABŞ prezidenti Donald Trampdan sonra Braziliya prezidenti Jair Bolsonaro və Hindistanın baş naziri Narendra Modinin də sosial şəbəkələrdəki səhifələri bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

COVID-19-dan ölənlərin sayına (210 328 nəfər) görə Braziliya ikinci yerdədir. Bu faciənin məsuliyyətinin Bolsonaronun daşıdığı bildirilir. Məsələ ilə bağlı etiraz aksiyası keçirən şəxslər onun istefasını tələb edir. Ölkəsində “tropik Tramp” adlanan Jair Bolsonaro sosial mediadan ən çox istifadə edən dövlət başçısı sayılır. O, koronavirusla peyvəndləməyə qarşı da təbliğat aparıb.

Modi isə mühacir müsəlmanlara qarşı qanun qəbul edildiyi üçün bu məhdudiyyətə məruz qalıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın “Twitter”, “Facebook”, “YouTube”, “Instagram” və “Snapchat”dakı səhifələri bağlanıb.

Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və Venesuelanın dövlət başçısı Nikolas Maduronun isə feysbuk səhifələri fəaliyyət göstərir.


Paylaş:


Müəllif : Tarix:
19-01-2021, 20:09
Sikayət   


loading...
Загрузка...