reklam
Regionxeberlericom.az » Dünya » Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb

reklam

Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb


İranın Şərqi Azərbaycan vilayətinin müxtəlif bölgələrində koronavirus yenidən yayılmağa başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Sumi bildirib ki, vilayətin cənub şəhərlərində, xüsusən də Marağa və Bunabda xəstəliyin artımı müşahidə olunur. Onun sözlərinə görə, aparılan testlər və cavabı müsbət çıxan xəstələrin sayı həmin bölgələrdə xəstəliyin artdığını göstərir.

Rektor deyib ki, vilayət üzrə xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayı sabit vəziyyətə gəlsə də, sanitar-gigiyena qaydalarına əməl edilməməsi Şərqi Azərbaycanda bu xəstəliyin dördüncü dalğasının yayılmasına gətirib çıxara bilər.

Təbriz Tibb Elmləri Universitetinin rektoru qeyd edib ki, gündəlik 500 nəfər xəstəxanaya yerləşdirilmə və 5-6 nəfər ölüm sayı ilə Şərqi Azərbaycan ölkə üzrə 16-cı yerdədir.

“Sosial məsafəyə əməl edilməsi, maskadan istifadə, fərdi və ailəvi şəkildə sanitariya-gigiyena qaydalarına riayət olunması koronavirusun azalması və nəzarətdə saxlanılması üçün vacibdir”, - deyə Məhəmməd Hüseyn Sumi əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
20-01-2021, 12:47
Sikayət   


loading...
Загрузка...