reklam
Regionxeberlericom.az » Dünya » Moskvadakı etiraz aksiyası başa çatdı - Saxlanılanlar var + Yenilənib

reklam

Moskvadakı etiraz aksiyası başa çatdı - Saxlanılanlar var + Yenilənib

Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq və Xabarovsk şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilir.

Artıq paytaxt Moskvada “Çistıye qrudı” və “Trubnaya” metro stansiyaları yaxınlığında bir qrup gənc saxlanılıb. Onların arasında xarici vətəndaşın da olduğu bildirilir. Bundan başqa, şübhəli şəxslərin çantaları yoxlanılır.

Yekaterinburqda mitinqə 2 minədək insan toplaşıb. Polis səsgücləndiricilər vasitəsilə ictimai asayişi qorumağa çağırır.

Novosibirskdə isə 500-dək insan aksiyaya qoşulub.

Xatırladaq ki, bənzər aksiyalar yanvarın 23-də də keçirilmişdi. Etirazçılar müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq meydanlara çıxmışdılar.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu insanları bu gün icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.

***

Moskvadakı aksiyada iştirak edənlərin sayının 300 nəfərə çatdığı bildirilir. Onlardan 10 nəfər polis bölməsinə aparılıb.

Perm, Samara şəhərlərindəki mitinqlərdə də saxlanılanlar var.

Xabarovskdakı etirazlarda 60 nəfər iştirak edir, 13 nəfər saxlanılıb.

Vladivastokda aksiyaya qoşulan 150 nəfərdən 100-ü saxlanılıb.

Rusiya üzrə aksiyalarda saxlanıların sayının 500 nəfərdən çox olduğu bildirilir.

***

Moskvadakı icazəsiz etiraz aksiyası zamanı bir neçə nəfər xəsarət alıb.

Bundan əlavə, bir neçə iştirakçıya tibbi yardım lazım olub.

***

Moskvadakı icazəsiz etiraz aksiyası başa çatıb.

Moskva polisinin məlumatına görə, aksiyada 2 minə yaxın insan iştirak edib. Moskva İctimai Müşahidə Komissiyası 150-yə yaxın şəxsin saxlanıldığını bildirib.




Paylaş:


Müəllif : Tarix:
31-01-2021, 21:16
Sikayət   


loading...
Загрузка...