Ermənilərin tək çörək qapısı Türkiyədir - Niyə HOQQABAZLIQ EDİRLƏR?
Türkiyəyə sanksiya tətbiq etmək, qardaş ölkənin iqtisadiyyatına ziyan vurmaq məqsədi ilə Ermənistanda dövlət səviyyəsində türk mallarının ölkəyə gətirilməsi qadağan olunub. Həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərə türk məhsullarından və türklərə məxsus şirkətlərin, iaşə obyektlərinin xidmətindən istifadə etməmək tövsiyəsi edilib.
Lakin mediada və sosial şəbəkədə yayılan çoxsaylı faktlar göstərir ki, “türk qadağaları” ölkə daxilində bu və ya digər formada işləsə də, xaricdəki ermənilər Yerevanın “məsləhətlərini” veclərinə almırlar. Demək olar ki, xarici ölkələrdə yaşayan ermənilərin hamısı könüllü şəkildə hökumətin “qadağaları”nı pozurlar. Maraqlısı odur ki, rəsmi Yerevanın boykot kampaniyasına bu absurd qərarda imzası olan rəsmilər də qoşulmurlar. Bu günlərdə məlum olub ki, Baş nazir Nikol Paşinyan özü də xaricə səfər zamanı türk malları və xidmətlərinə daha çox üstünlük verir. Məlumdur ki, baş nazir Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə gedib. Paşinyan Qazaxıstanın ən böyük şəhərində gecələmək üçün məhz türk iş adamı Fettah Taminceyə məxsus “Rixos” otellər şəbəkəsinin beşulduzlu mehmanxanasını seçib.
Əməl olunmayan “qadağalarla” bağlı “Şərq”ə danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, dövlət büdcəsi Türkiyənin bir şəhərinin büdcəsi qədər olan Ermənistanın türk mallarına “qadağa” qoymasına istehza ilə yanaşmamaq olmur. Analitik vurğulayıb ki, Türkiyə ilə heç bir rəsmi iqtisadi əlaqələri olmayan Ermənistanın “qadağası” qeyri-ciddi addımdır:
“Xüsusilə pandemiya və müharibədən sonrakı ağır və kritik dövrdə belə bir qərarın verilməsi ağıldan və məntiqdən çox uzaqdır. Özlərini gülünc vəziyyətə salsalar da, görünən odur ki, Ermənistan rəsmiləri xalqın əsəbini sakitləşdirmək və ümumi düşmənə qarşı “birlik” yaratmaq məqsədilə uydurma qərarlar qəbul ediblər.
Ermənistan “qadağa” qoyduğu məhsulları əslində Gürcüstanda fəaliyyət göstərən türk firmalarından alır. Bu firmalar isə Gürcüstanın tələbatını nəzərə alaraq ora məhsul gətirirlər.
Yəni Türkiyənin burada heç bir iqtisadi itkisi yoxdur. Ermənilərin, hətta hökumət adamlarının “tövsiyələrə” məhəl qoymaması, öz “qadağalarına” əməl etməməsi göstərir ki, bu, siyasi qərardır. Ermənilərin az qala tək çörək qapısı olan Türkiyəyə “sanksiya” qoymaq fikrinə düşməsi intihardır”.
Ekspert xatırladıb ki, Türkiyədə 80-100 min arası erməni işləyir və çörək pulu qazanır:
“Ermənilərin başlatdığı “boykot kampaniyası” xaricdə yaşayan erməni diasporasının Paşinyan hökumətindən yardımlarını kəsməməsi üçün məqsədyönlü ortaya atılıb. Media və sosial şəbəkələrdə “türk mallarına qadağa” çağırışları ilə görüntü yaradır, imitasiya edirlər. Ancaq erməni rəhbərliyi də, xalqı da fərqindədir ki, möhtac olduqları türk məhsullarından imtina mümkünsüzdür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-02-2021, 13:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-02-2021, 13:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39