reklam
Regionxeberlericom.az » Dünya » İran prezidenti sabah Naxçıvanla sərhədə gələcək

reklam

İran prezidenti sabah Naxçıvanla sərhədə gələcək


 İran prezidenti Həsən Ruhani sabah Qərbi Azərbaycan əyalətinə səfər edəcək.

regionxeberlericom.az-un ONA-nın Tehran bürosuna istinadən məlumatına görə, bunu Qərbi Azərbaycan əyalət başçısının müavini Əli Müstəfəvi deyib.

Onun sözlərinə görə, H.Ruhani Maku şəhərində Energetika Nazirliyinin bir neçə layihəsinin açılış mərasimində iştirak edəcək.

Ə.Müstəfəvi deyib ki, prezident H.Ruhani həmçinin Poldəştin Kərimabad su bəndi layihəsinin də açılışında iştirak edəcək.

Prezident Həsən Ruhaninin bir neçə digər layihələrin açılışını videokonfransla həyata keçirəcəyini də deyən Ə.Müstəfəvi prezidentin Maku Azad İqtisadi Zonasına baxış keçirəcəyini söyləyib.

Səfər sabah günorta başlayacaq və axşama kimi davam edəcək.

Qeyd edək ki, Poldəşt şəhəri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.


Paylaş:


Müəllif : Tarix:
20-05-2019, 15:11
Sikayət   


loading...
Загрузка...