PAŞİNYANI ÖLDÜRMƏK İSTƏYİRLƏR... – Baş nazirə sui-qəsd xəbərinin yayılmasının pərdəarxası
Ermənistanın baş naziri Nikol Paşinayana qarşı sui-qəsd həyata keçirildiyinə dair xəbər yayılıb, hətta yaralandığını bildirilib. Ancaq xəbər təsdiqini tapmayıb, Rusiya və Ermənistanın xəbər saytları bu barədə heç bir informasiya yaymayıblar.
Politoloq Elxan Şahinoğlu bildirir ki, sui-qəsd xəbər təsdiqini tapmasa belə, Ermənistanın radikal müxalifətinin faktiki Paşinyanı öldürməyə səsləməsi sirr deyil.
“Müxalifətin baş nazir kimi irəli sürdüyü Vazgen Manukyan 20 fevral mitinqindəki çıxışında ordunu və polisi çevrilişə səsləyirdi. Çevriliş planı hazırlayanlar rəsmiləri öldürməyə də hazır olmalıdırlar. Paşinyanı parlamentdə və meydanda istefaya məcbur edə bilmədilər, demək yerdə qalır sonuncu variant: Sui-qəsd,”- deyə, ekspert vurğulayıb.
Şahinoğlu qeyd edir ki, ermənilərin terror təcrübəsi böyükdür, başqalarıyla yanaşı özününküləri də öldürmək təcrübəsinə malikdirlər: “Ermənistan parlamentinin gülləbaran edilərək spikerlə baş nazirin öldürülməsi yaxın tarixin səlnaməsidir. Odur ki, Paşinyanın da bir gün fiziki cəhətdən neytrallaşdırılması ehtimalı az deyil”.
Politoloq vurğulayır ki, Nikol Paşinyan sui-qəsd nəticəsində qətlə yetirilərsə, Ermənistanın qarışacağı aşkardır: “Ermənistanda Paşinyanı devirmək istəyənlərlə yanaşı onu dəstəkləyənlər də az deyil. Odur ki, Paşinyanı öldürsələr, onun tərəfdarları ilə suiq-qəsdçilər üz-üzə qalacaq, Ermənistanda vətəndaş müharibəsi ehtimalı artacaq. Paşinyan sui-qəsd nəticəsində öldürülərsə, müxalifət müvəqqəti hökumətin formalaşmasını tələb edəcək. Çünki seçki keçirilsə, Paşinyana dəstək verənlər onun ardıcılarına səs verəcək və müxalifət yenə hakimiyyətə gələ bilməyəcək. Müxalifət indiki vəziyyətdə seçki istəmir, çevriliş istəyir”.
E. Şahinoğlunun sözlərinə görə, hadisələrin bu istiqamətdə inkişafına Kreml seyrçi qalmayacaq. “Moskva mümkün sui-qəsddən sonra Ermənistanda yeni hakimiyyətin formalaşdırılmasında birbaşa iştirak edəcək ki, vassalı dağılmasın. Ancaq Kreml üçün bu asan olmayacaq. Çünki Qərb də Ermənistandakı mümkün xaosda maraqlarını təmin etməyə çalışacaq. Ermənistan xaosa yuvarlansa belə, Kreml İrəvandakı qüvvələri 10 noyabr və 11 yanvar bəyanatlarından kənara çıxmasına imkan verməyəcək. Yəni xaosu yaradanlar müharibənin nəticələrini dəyişə bilməyəcək, kommunikasiya xətlərinin açılmasına mane ola bilməyəcəklər. Əksini etsələr özlərinə əlavə problemlər yaradacaqlar ki, bu ssenariyə də hazır olmalıyıq. Ermənistan xaosa yuvarlanacağı halda, Azərbaycan Dağlıq Qarabağda təsir imkanlarını artırmaq planını hərəkətə gətirməlidir”.
“AzPolitika.info”
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2021, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-02-2021, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35