reklam
Regionxeberlericom.az » Dünya » Nyu-York mafiyasının başçısı ölüb

reklam

Nyu-York mafiyasının başçısı ölüb


ABŞ-ın Şimali Karolina federal həbsxanasında mafioz klanın aparıcısı Qambino Piter Artur Qotti 81 yaşında ölüb.

Məlumatı “Associated Press” yayıb.

Bildirilib ki, Piter 2002-ci ilədək Nyu-York mafiyasına başçılıq etmiş Con Qottinin böyük qardaşı idi. Con öləndən sonra Piter mafiyaya başçılıq edib. Onun vəzifəsinin öhdəsində pis gəldiyi deyilir. O, cinayətkar klanın "ən ürəyi yumşaq başçısı" sayılıb.

Piter 2003-cü ildə mühakimə olunub və 17 il azadlıqdan məhrum edilib. Mafiya başçısı fevralın 26-da Batner şəhərində müalicə olunduğu federal hospitallardan birində ölüb. Həkimlər Piterin təbii səbəbdən və səhhətinin zəif olmasından öldüyünü bildiriblər.

Qambino klanı 1902-ci ildə formalaşıb. O, İtaliya-Amerika mafiyaları arasında 5-liyə daxildir. Bu “beş ailə” Nyu-Yorkda mütəşəkkil cinayətlərə nəzarət edir.


Paylaş:


Müəllif : Tarix:
27-02-2021, 16:24
Sikayət   


loading...
Загрузка...