reklam
Regionxeberlericom.az » Dünya » Çin ABŞ-la əməkdaşlığa hazırdır - Əgər Trampın Çin əleyhinə syasətindən imtina edilərsə

reklam

Çin ABŞ-la əməkdaşlığa hazırdır - Əgər Trampın Çin əleyhinə syasətindən imtina edilərsə

Çin Amerika Birləşmiş Ştatları ilə (ABŞ) əməkdaşlığa hazır olduğunu bildirib. Bunun üçün rəsmi Pekin ABŞ-ı eks-prezident Donald Trampın Çin əleyhinə syasətinin təsirini aradan qaldırmağa və yeni problemlər yaratmaqdan çəkinməyə çağırıb.

Bu barədə Çin tərəfinin Ankoricdə keçirilmiş ikitərəfli görüşün nəticələri əsasında yaydığı bəyanatda söhbət açılır.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenin və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) dəftərxanasının başçısı Yan Tszeçinin və Çin xarici işlər naziri Van İnin iştirakı ilə Çin-Amerika strateji dialoqu martın 18-19-da Ankoricdə keçirilib.

«Son bir neçə ildə keçmiş ABŞ prezidentinin və administrasiyasının çox səhv anti-Çin siyasəti nətiəsində Pekinin maraqlarına və iki ölkə münasibətlərinə cidd zərər dəyib. Çin öz suverenliyinin, təhlükəsizliyinin və inkişaf maraqlarının müdaiəsi üçün lazımi və vacib tədbirlər görməyə məcbur olub» - deyə, şənbə günü Çinin mərkəzi televiziyasının yaydığı bəyanatda deyilir.

Çin ABŞ-la strateji təmasları möhkəmləndirməyə, qarşılıqlı faydalı əməkdaşlığa kömək etməyə, fikir ayrılıqlarını lazımi qaydada həll etməyə və sağlam, stabil ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduğunu ifadə edb.


Paylaş:


Müəllif : Tarix:
21-03-2021, 11:09
Sikayət   


loading...
Загрузка...