İsrail möcüzəsi, yoxsa nə: - Bu ölkədə koronavirus söhbəti bağlanır
Yeni növ koronavirus əleyhinə hazırlanan peyvəndlərin bir çoxu artıq istifadədir. Bəzi dünya ölkələrində bu proses yavaş-yavaş, müəyyən mərhələlərlə həyata keçirilir. Belə ki, öncə əhalinin böyük risk qrupları, insanlarla daha çox təmasda olan təbəqəsi peyvənd olunur. Peyvəndin virusa qarşı tam qoruyuculuğu faktı təsdiqlənmədiyinə görə isə virusa qarşı olan qaydaların bir çoxu əksər ölkələrdə qüvvədədir.
Lakin bütün bu proseslərdən fərqlənən bir ölkə var - İsrail. İsraildə artıq demək olar ki, əhalinin hamısı peyvənd olunub və həyat əvvəlki kimi davam edir. Bir çox qaydaların yumşaldıldığı, əhalinin böyük əksəriyyətinin küçələrdə rahat gəzib-dolaşdığı İsraildə aprel ayından etibarən maska taxmağın da şərt olmayacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, İsraildə əhalinin, xüsusilə də gənclərin peyvənd olunması üçün maraqlı üsullardan da istifadə edilib. Belə ki, Təl-Əviv bələdiyyəsi gənclərə yönəlmiş kampaniya çərçivəsində şəhərin mərkəzində barları olan bir küçədə səyyar peyvənd mərkəzi qurub. Kampaniya çərçivəsində sözügedən mərkəzdə peyvənd olunmağa gələnlərə müxtəlif növ pulsuz içkilər və şiriniyyatlar paylanılıb. Vaksin vurduranlara içkilərin alkoqolsuz olduğu barədə məlumat verilməyib.
Peyvəndin etibarlılığına İsrail əhalisi və hökumət inansa da, biz də daxil olmaqla, əksər dünya ölkələrində vətəndaşlara xəbərdarlıq olunur ki, peyvənd olunan şəxs belə, yenidən virusa yoluxa bilər. O zaman İsrail niyə belə arxayın, biz və bizim kimi digər ölkələr niyə narahatdır?
AYNA İsrail peyvəndinin sirrini aydınlaşdırmağa çalışıb.
Azərbaycan Tibb Universitetinin dosenti, həkim formokoloq Aydın Əliyev hesab edir ki, virusun olması reallıq, lakin bəzi nüanslar siyasi oyundur: “Təəssüflər olsun ki, bu gün artıq əhalinin sağlamlığı məsələləri dünyanın siyasi dairələrinin alverinə çevrilib. Həkimlər, alimlər qalıb bir kənarda, artıq bombalardan, raketlərdən gözləri doymayan və xəstəlik problemləri ilə dünyanı idarə etməyə çalışan siyasətçilər meydan sulayırlar. Təbii ki, bu xəstəliklər, virus var və yayılmağa davam edir. Maraqlı bir atalar sözü var: ya zəlzələdən, ya vəlvələdən”.
“Dünyadakı çirkli ekoloji mühit, zərərli qidalar, içkilər, sular – bunların hamısı istənilən xəstəliyin törəməsinə, yayılmasına səbəb olur. İnsanın özünü qoruma vasitələrindən başqa yoluxucu, yəni belə viruslu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu peyvənddir. Yəni səhiyyə baxımından xəstənin qəbul edəcəyi profilaktik cəhətdən peyvənddən yaxşı vasitə yoxdur. Niyə daha öncə siyasətin adını çəkdim? Çünki hazırda hərə bir peyvəndi tərifləyir”, - həmsöhbətimiz deyib.
Çin istehsalı peyvənddən istifadə etdiyini qeyd edən həkim bildirib ki, əhaliyə peyvəndlər haqqında ətraflı məlumat verilməlidir: “Azərbaycana gətirilən və Çin istehsalı olan peyvənddən yalnız biz və Türkiyə istifadə edib. Mən də ondan istifadə etmişəm. Çünki Çinin hazırladığı peyvənd virusların ölü variantından hazırlanıb. Digər peyvəndlər haqqında isə məlumatlar cürbəcür yayılır. Fikir versəniz, Avropada bu gün İsveç, İngiltərə istehsalı olan peyvəndlərə “yox” deyilir. Lakin bəziləri də yenidən istifadə edirlər. Bunların hamısı dünya əhalisinin peyvəndə olan etibarını sındırır və insanları çaşdırır”.
“İsraildə isə öz istehsalları olan peyvənddən istifadə edilir. Onlar özləri istehsal edirlər, özləri də istifadə edirlər. Bununla yanaşı İsrail əhalisi keyfiyyətli qidalanır, suları təmizdir, onlar immun sistemi gücləndirən qidalardan düzgün istifadə edirlər. İmmun sistemini də gücləndirməyin ən yaxşı yolu mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün düzgün qidalar qəbul edilməlidir. Yəni keyfiyyətsiz qidalar, dərmanlar olmaz”, - deyə Əliyev vurğulayıb.
Onun fikrincə, Azərbaycana xarici ölkələrdən keyfiyyətsiz qidalar, dərmanlar gətirmək biabırçılıq, düşmənçilikdir: “Bunu şərh etmək üçün söz də tapa bilmirik. Dünyada gedən proseslərdən, Azərbaycanın qələbəsindən sonra, yəqin ki, Azərbaycana keyfiyyətsiz heç nə, o cümlədən də peyvənd gətirməzlər. Şəxsən mən Çin peyvəndindən istifadə etmişəm və ən çox inandığım da bu peyvənddir. Digər peyvəndlərə gəldikdə, indi danışılır ki, Azərbaycanda “Zeneca” və sair peyvəndlər də gətiriləcək. Onu gətirən dövlət idarələri onlar haqqında əhaliyə geniş məlumat verməlidir. Yalnız bundan sonra əhali peyvəndə inanacaq. Məlumat çatışmazlığı cürbəcür şaiyələrə səbəb olur. Mütəxəssislər əhaliyə izah etməlidirlər ki, bu peyvəndlərin keyfiyyəti necədir və biz ona cavabdehik”.
İsraildə hazırkı vəziyyətlə bağlı, orada yaşayan Azərbaycan vətəndaşı Cəmilə Quliyevanın sözlərinə görə, İsrail əhalisi qısa zamanda sürətlə peyvənd olunub və virusla bağlı qəbul edilmiş qaydalar yumşaldılıb: “Artıq 5 milyona yaxın əhali peyvənd olunub və bu proses davam edir. Xəbərlərdən də bildiyiniz kimi, burada virusa yoluxanların sayı da azalmaqda davam edir. Son ayda isə virusdan ölüm halı müşahidə edilməyib”.
“İş yerlərinin hamısı hələ açılmayıb. Amma buna baxmayaraq, ötən aylarla müqayisədə artıq bir çox iş sahələri fəaliyyətlərini bərpa edib. Son məlumatlara görə isə, aprel ayından maskalarla bağlı yeni qərar tətbiq ediləcək. Çox güman ki, maskalarla bağlı qərarda da yumşalma olacaq”, - deyə soydaşımız əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2021, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-03-2021, 11:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24