Rusiya 1 milyondan çox əsgərlə Ukraynanı tam mühasirəyə alıb – ŞOK İDDİA
“1 milyondan çox əsgər və zabitdən ibarət rus ordusu Ukrayna sərhədlərinə toplanıb. Biz artıq mühasirədəyik”.
Ovqat.com xəbər verir ki, bu iddianı tanınmış ukraynalı diplomat Roman Bessmertnıy irəli sürüb.
Diplomat Ukraynanın “Espreso” televiziyadakı çıxışı zamanı bildirib ki, nəzərdə tutduğu 1 milyonluq orduya həm Krımdakı rus qoşunlarını, həm də LPR ərazilərindəki nəhəng hərbi birləşmələri aid edir. Bundan əlavə, Belarus ordusu da Ukraynanın işğalı zamanı Rusiya ilə birgə hərəkət edə bilər. Diplomat xatırladıb ki, Rusiya ilə Belarus orduları daimi hərbi təlimlər keçirir və son hərbi təlimlər zamanı Belarusa gələn rus qoşunları hələ də bu ölkənin ərazisindədir.
Üstəlik, Moldovadan ayrıldığını bəyan edən Dnestryanı ərazidəki qoşunları da bu hesaba qatmamaq mümkün deyil. “Bir sözlə, Ukrayna tam və qəti mühasirədədir və işğal olunmasına çox az vaxt qalıb”, - Bessmertnıy belə deyib.
Onun sözlərinə görə, ölkənin xilası yalnız NATO ilə yaxın iş birliyindədir: “Artıq bütün sahələrdə - quruda, suda və havada NATO qüvvələrinin dəstəyi ilə döyüşlərə hazırlaşmalıyıq”, - diplomat bu təkliflə çıxış edir.
Bessmertnıyın fikrincə, Ukraynanın mühasirəyə alınması təkcə bu günün işi deyil. Ukrayna 2014-cü ildən bəri rus ordusunun mühasirəsindədir. İndisə vəziyyət daha da gərginləşib. Rus ordusu açıq şəkildə Ukrayna sərhədlərinə hərbi qüvvələrini cəmləşdirir.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-03-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-03-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Bu gün, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Bu gün, 08:27
Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – ŞOK İDDİALAR/ VİDEO
Dünən, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
11-01-2025, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03