Türkiyə 10 il öncəki qərarını dəyişdi: - İK onlar və bizim üçün nə ehtiva edir?
Ötən həftə Türkiyənin İstanbul Konvensiyasından (İK) çıxması rezonans doğurdu. Ölkənin ictimai xadimlərinin, tanınmış şəxslərinin qadın hüquqlarını müdafiə edən Konvensiyadan imtina ilə bağlı etirazları hələ də davam edir. Qadınlara qarşı zorakılığın davam etdiyi ölkədə belə vacib sənədin öhdəliklərindən niyə vaz keçildiyi sual olunur.
Əslində, Konvensiya tək zorakılıqla mübarizə deyil, həm də dövlət və hüquq-mühafizə orqanlarının üzərinə zorakılıqda təqsirli olanların cəzalandırması öhdəliyini qoyur. Başqa sözlə, Konvensiya qadına qarşı zoraklıqdan əlavə məcburi evləndirənlərə, qadını sünnət edənlərə, məcburi aborta göndərənlərə belə, cəza kəsməyi şərt qoyur. Problemin hüquq müstəvisində həlli sərtdir.
Məlumat üçün deyək ki, Konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib və 1 avqust 2014-cü ildə qüvvəyə minib. Avropa Şurasına üzv olan 34 ölkə Konvensiyanı ratifikasiya edib, Rusiya və Azərbaycan hələlik Konvensiyaya qoşulmayıb. 12 bölmə və 81 maddədən ibarət İstanbul Konvensiyasına qoşulmaq üçün illərdir Azərbaycanda da həm dövlət, həm də qeyri-dövlət səviyyəsində işlər davam edir. Hətta müvafiq orqanlar bu məsələ ilə bağlı hökumətə təkliflər paketini təqdim edib.
Görəsən, qonşu və qardaş hesab etdiyimiz Türkiyənin Konvensiyadan imtina etməsi bizim bununla bağlı işimizə nə kimi təsir edəcək, sərf olunan əmək və maddi vəsait israf olmayacaq ki? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.
Hüquqşünas, gender məsələləri üzrə ekspert Günel Səfərova İstanbul Konvensiyasında nəzərdə tutulan bir neçə məsələyə toxunub: “İstanbul Konvensiyanın nəyi əhatə etdiyini bilməyənlər etiraz etməyə tələsirlər. Türkiyənin sözləşməyə qoşulması 2012-ci ildə Avropa Məhkəməsinə gedib çatmış şikayət sonrası aktuallaşıb. Şikayət ərizəsində türkiyəli qadının dəfələrlə həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması, amma Türkiyənin müvafiq orqanlarına müraciət etsə də, buna reaksiyanın olmaması qeyd olunurdu. Avropa Məhkəməsi də şikayəti araşdırandan sonra “Türkiyə öz vətəndaşının hüququnu qoruya bilmir” qərarını qəbul etdi və 2012-ci ilin martında da Türkiyə Konvensiyaya qoşuldu. Parlamentdə (Böyük Millət Məclisi) Konvensiyaya üzvlüyün lehinə 246 millət vəkili lehinə səs verib, əleyhinə səs verəni olmayıb”.
“Konvensiya dövlət üzərinə qadına qarşı hər cür zorakıllıqla (fiziki, cinsi, psixoloji) mübarizə məsuliyyətini, öhdəlikləri qoyur. Həmçinin məişət zorakılığının qarşının alınması, qadın sığıncaqlarının, tibbi, psixoloji, hüquqi yardım mərkəzlərinin təşkil olunması, “qaynar xətt”lərin yaradılması mexanizmlərini nəzərdə tutur. Burada tək məqsəd qadının cəmiyyətdə sosial dəstək almasını təmin etməkdir. Bunu da vurğulamaq lazımdır ki, sənəddə qadın və uşaq hüquqlarının üstünlüyü nəzərdə tutulsa da, kişi hüquqlarının da müdafiəsi diqqətdən kənar deyil, istənilən ölkə bu məsələləri də ora daxil edə bilər”, - deyə ekspert bildirib.
Səfərovanın sözlərinə görə, Konvensiyanın daha bir məqamı zorakılıq edənə lazımi cəzanın verilməsi ilə bağlıdır: “Çünki məhkəmədə qadına qarşı zorakılığa müxtəlif səbəblərdən haqq qazandırılması və zorakılıq edəninin cəzasının yüngülləşdirilməsi halları olur. Misal üçün, söhbət dini, ənənəvi səbəblərdən, “namus üstündə zorakılıq edilib” (namus cinayətləri) kimi bəhanələrdən gedir. Konvensiyada sual doğuran və mübahisəli məqamlardan biri cinslər arasındakı fəqliliyin, cəmiyyətdəki diskriminasiyanın aradan qaldırılmasıdır. Sadə dildə desək, cəmiyyətin kişi və qadın üzərinə qoyduğu məsuliyyətin, rolların yüklənməsi məsələdir. Yəni “qadın bunu etməlidir”, “kişi bunu etməlidir” kimi cinslərin məsuliyyətinin məcburi bölgüsü”.
“Bu məqamlar bir qrup insanlarda, xüsusən də dini zümrənin təbliğatçılarında eynicinsliliyin təbliğatı kimi yozulur, bu, əsla belə deyil. Burada məqsəd tarixi, mədəni, dini, ənənələr baxımdan formalaşmış, yazılmamış qanunlar kimi qadına qoyulmuş yüklərdən azad olunmasıdır. Hüququ proseslərdə həmin “yüklərin” əsas götürülməməsini təmin etməkdir. Konvensiyanın yalnış yozulan digər tərəfindən biri də budur ki, guya, sənəd boşanmaların sayının azalmasına dəstək olmur, əksinə qadınlara verilən üstünlük boşanmaların sayını artırır. Bu, çox əsassız və məntiqsiz fikirdir. Bunu bəhanə kimi qəbul etmək olar. Misal üçün, Azərbaycan Konvensiyaya qoşulmayıb, amma ölkədə ildən-ilə ailələrin dağılması, boşanma faktları çoxalır”, - deyə həmsöhbətimiz əlavə edib.
“Azərbaycanın İstanbul Konvensiyasına üzv olması bizə nə verəcək” sualını cavablandıran Səfərovanın sözlərinə görə, Konvensiyaya qoşulsaq da-qoşulmasaq da, faktiki real problemlər mövcuddur: “Konkret bu gün qadını zorakılıqdan qoruyan mexanizmlər yoxdur. Ölkədə zorakılıq qurbanı olanlar və bu riski daşıyanlar üçün sadəcə QHT səviyyəsində bir neçə sığınacaq var, dövlət səviyyəsində sığınacaqlar yoxdur, müvafiq Komitənin regionlarda sosial dəstək mərkəzləri var, amma oralar da sosial işçilər, sosioloq, psixoloq baxımından kasaddır. Qadını qorumaq mexanizmi yoxdur, düşünürəm ki, Konvensiyaya üzvlükdən çıxan və uzv olmağa gecikənlər də bu öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkir”.
“Fikrimcə, bizdə də hələlik Konvensiyanın bir çox maddəsinin tam təhlili və analizlərinə ehtiyac var ki, cəmiyyət aydınlansın. Bəli, bizdə məişət zoraklığına qarşı mübarizə ilə bağlı qanun var, hələlik qanundakı boşluq və tələblər diqqətdə saxlanılmalıdır. Tək bir məqamı qeyd edim ki, bu gün qadınların müdafiəsi ilə bağlı hüquq mühafizə orqanlarının ətraflı məlumatlandırılması ilə yanaşı, zorakılıq halları ilə bağlı araşdırma mexanizmləri də qənaətbəxt deyil. Təəssüf ki, məişət zorakılığı ilə bağlı mövcud faktlar onu göstərir ki, qadın və uşaqlar daha çox qurban olur və cəmiyyət bu məsələdə bunu nəzərə almalıdır. Digər tərəfdən hüquq mühafizə orqanlarında gizli qalan (şikayəti araşdırılmayan və ya qadının şikayəti qeydə alınmayan) saysız məqam var. Bütün bu məsələlər ciddiyyət daşımalıdır”, - hüquqşünas fikrini yekunlaşdırıb.
“Təmiz Dünya” Qadınlara Yardım İctima Birliyinin sədri Mehriban Zeynalova isə etiraz etməyə tələsməməyi tövsiyə edir: “Türkiyənin Konvensiyadan çıxmasına etiraz edənləri haradasa anlamaq olar. Bir məsələ də var ki, Konvensiyaya üzvlükdən tək Türkiyə deyil, Polşa da çıxıb. Bu məsələdə qərar vermək və etiraz etməyə tələsməyə dəyməz”.
“Tutaq ki, 2012-ci ildən bu yana - Konvensiyaya üzv olduqdan sonra Türkiyədə hansı praktika əldə olunub, buna baxılmalıdır. Cəmiyyətə Konvensiyadan imtina səbəbləri bəyan olunmalıdır. Mənin qənaətimə görə, dövlət Konvensiyadan irəli gələn öhdəliklərin çətinliyini nəzərə alıb, həmçinin xərclərə görə imtina edib. Bütün hallarda əsaslı səbəblər gətirilməlidir”, - o bildirib.
Zeynalovanın fikrincə, burada məsələyə ciddi yanaşma lazımdır: “Əsaslı təhlillərə ehtiyac var və bu, zaman tələb edir. Çünki 2011-ci ildə qəbul edilən Konvensiya İstanbulda hazırlanıb və ona üzv olan ilk ölkə Türkiyə olub. O vaxt bunu lazım bilən ölkə indi niyə üzvlükdən çıxsın, cıxacaqdısa, niyə bu boyda öhdəliyi yarımçıq qoysun?”.
Qeyd edək ki, Azərbaycanda İstanbul Konvensiyasına üzv olmağa ehtiyac görməyənlər çoxdur. Əsas səbəb deyildiyi kimi, sənəddəki tələblərin yalnış təhlilidir. Digər qrupun gətirdiyi səbəb isə budur: Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” və “Gender bərabəylinin təminatı haqqında” qanunlar var, bu qanunlar lazımı səviyyədə icra edilsə, mexanizmlər olsa, problemlərin həlli yolları tapılar.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2021, 15:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-03-2021, 15:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39