ABŞ və Rusiya gəmiləri Aralıq dənizində burun-buruna - Türkiyəni nə gözləyir...
ABŞ-Rusiya münasibətlərində gərginliyin növbəti fazası dəniz sularında müşahidə olunur. İki supergüc dövlətin gəmiləri Aralıq dənizində burun-buruna dayanıb. “Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Aralıq dənizi sularında, Suriya sahillərində cəmləşdirilməkdədir.
Rusiyanın dörd hərbi gəmisi - “Boykiy”, “Kalininqrad”, “Korolyov” və “Minsk” Cəbəllütariq boğazını keçərək Aralıq dənizinin şərqinə istiqamət alıb. Həmin rayonda artıq Rusiyanın “Kalibr” raketləri ilə silahlanmış hərbi gəmi və sualtı qayıqları var.
Gəmilərlə Suriyaya onlarla tank daşınması haqda da məlumatlar var. Bu tanklar Suriya ordusunun İdlibə gözlənilən irimiqyaslı hücumu zamanı istifadə olunacaq.
Ötən ilin martında Suriya ordusu İdlibə böyük sayda hərbi qüvvənin, o cümlədən tankların dəstəyi ilə hücuma keçsə də Türkiyənin “Bayraktar TB2" döyüş pilotsuz təyyarələri onları böyük itkilərə məruz qoymuşdu.
Paralel olaraq NATO gəmisi də Qara dənizə girib. Rusiya Qara Dəniz Donanması Qüvvələri ABŞ Donanmasının raketlə idarə olunan “Thomas Hudner”in hərəkətlərini izləyir. Bundan əvvəl isə “Monterey” raket kreyseri Qara dənizə daxil olmuşdu. ABŞ 2021-ci ilin əvvəlindən Qara dənizdə aktivliyi artırır. Artıq yanvarın sonunda “Donald Kuk” və “Potter” gəmiləri akvatoriyaya daxil olub.
Görünən odur ki, Rusiya nə qədər öz gücünə güvənsə də, Qərbin hərbi və siyasi manevrlərindən, Krım ətrafında cərəyan edən olaylardan narahat olmaya bilmir. ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Birləşmiş Ştatlara qarşı pis niyyətli hərəkətlərinin “nəticələri ilə” üzləşəcəyini bildirib.
“Biz maraqlarımızı müdafiə etmək üçün lazımi addımları atacağıq” - deyə, Blinken NATO diplomatları ilə danışıqlardan sonra keçirilən müsahibədə bildirib.
Rusiya isə Qara dəniz hərbi donanmasının bütün sualtı qayıqlarını döyüş həyəcanı vəziyyətinə gətirib və hamısını eyni anda xidməti təyinat nöqtəsinə göndərib. Rusiya Qara Dəniz Donanmasının komandiri, vitse-admiral İqor Osipov dünən Sualtılar gününə həsr olunmuş rəsmi mərasimdə bunu etiraf edib.
Rusiyanın Qara dəniz donanmasının məsuliyyət sahəsinə Qara dəniz, Azov dənizi və Aralıq dənizi kimi su hövzələri daxildir. Sualtı qayıqlardan birinin Aralıq dənizinə keçdiyi və orada NATO qüvvələrinin gözündən itməyi bacardığı iddia olunur. İqor Osipovun peşə bayramı çıxışında dilə gətirdiyi bəzi fikirlər də bu iddianı təsdiqləyir. “Qara Dəniz Donanmasının sualtıları peşə bayramlarını dənizdəki tapşırıqları yerinə yetirərək döyüş postunda qeyd edirlər. Bəziləri indi uzaq dəniz zonasında - Aralıq dənizindədir”, - vitse-admiral belə deyib. Ağır silahlarla təchiz olunmuş sualtıların hamısının eyni anda “cəbhə xəttinə” çıxarılması və bunun NATO qüvvələrinin Qara dənizdə fəallaşması fonunda baş verməsi Rusiyanın narahatlığının göstəricisidir.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahından verilən məlumata görə, NATO-nun Qara dənizdə keçirməyi planlaşdırdığı “Dəniz qalxanı - 2021" təlimləri dünən başlamalı və ayın 29-na qədər davam etməlidir. Təlimlərdə 8 NATO ölkəsinin (ABŞ, Bolqarıstan, Hollandiya, Yunanıstan, İspaniya, Rumıniya, Türkiyə və Polşa) 18 hərbi gəmisi və 10 qırıcı təyyarəsinin iştirakı gözlənilir: dənizdə esminlər, korvetlər və frekatlar, havada NATO-nun təyyarədaşıyan gəmilərində yerləşdirilmiş ”F-16 Fighting Falcon", Rumıniyaya məxsus “MiG-21"-lər və İspaniyaya məxsus ”Eurofighter Tayfun" təyyarələri.
Bu gərginlik Türkiyəni də etkiləyərmi? Çünki onsuz da Türkiyənin başı Aralıq dənizinin şərqində Yunanıstanla (əslində ABŞ-la) qaz yatağı mübahisəsinə qarışıb. Bir də Suriya məsələsinə görə qardaş ölkə münaqişəyə cəlb olunsa, nələr baş verər?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında ABŞ-Rusiya gərginliyinin “soyuq müharibə” fazasından sıcaq müharibə müstəvisinə keçəcəyini gözləmədiyini qeyd etdi. Onun sözlərinə görə, bu ölkələrin 10 faiz nüvə silahından istifadə etməsi kifayətdir ki, dünyanın məhvinə gətirib çıxarsın. A.Mollazadə hesab edir ki, baş verənlər rəqiblərin qarşılıqlı “əzələ nümayişi”dir.
Deputatın fikrincə, Aralıq dənizindəki gərginliyə görə Türkiyə üçün hər hans təhlükə olacağı gözlənilmir: “ABŞ-Rusiya arasında ideoloji-siyasi mübarizə davam edəcək. Eyni zamanda Moskvaya iqtisadi sanksiyalarla bu proses müşayiət olunacaq. Amma Rusiyanın tamamilə zəifləməsini proqnozlaşdırmaq çətindir, onu zaman göstərər. Adətən belə ”soyuq müharibə"lərdə qalib görmək çətin olur".
Deputat bildirdi ki, bu mübarizə ölkələrin daxildə bir-birini zəiflətmək istiqamətində fəaliyyətdir: “Cəmiyyəti radikallaşdırmaq, radikal güclərə dəstək vermək üsullarından istifadə edilir. Sovet dövründə də belə olub, indi müasir imkanlardan istifadə edilir”.
İstanbulda yaşayan siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, rəqabət, sadəcə, Türkiyə ilə Yunanıstanla məhdud deyil: “Rusiya, ABŞ, Fransa, İtaliya və bölgədəki digər ölkələr də Aralıq dənizi üzərində mübarizə aparırlar. Lakin son günlərdə Almaniya və ABŞ-ın Aralıq dənizi ilə bağlı yaranmış problemdə Türkiyə ilə danışıqlara meyilliliyi hiss olunur. İki NATO ölkəsi olan Yunanıstan və Türkiyə arasında gərginliyin davamlı olması Qərbə lazım deyil. Üstəlik, NATO Qara dənizdə Rusiyanı ”boğmağa" çalışırsa, bu siyasətində Türkiyəni özündən izolyasiya edə bilməz".
R.Məmmədova hesab edir ki, NATO-nin Baş katibi Yens Stoltenberq də bu yaxınlarda verdiyi açıqlamada alyansın Qara dənizdə hərbi manevrlərini artıracağını və bu aktivlikdə məqsədin Moskvanın qonşuların ərazi bütövlüyünə sayqı ilə yanaşmasını təmin etmək olduğunu vurğulamışdı: “Görünür, Moskva da 6 sualtı qayığını xidməti təyinat nöqtəsinə göndərməklə onu ”nəzakətə" dəvət edən NATO qüvvələrinə “mən bu regionun ağasıyam, nə istərəmsə onu da edə bilərəm” şəklində cavab verməyə çalışır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2021, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-03-2021, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54