Süveyş kanalındakı insident daşıma zəncirində dəyişiklikləri qaçılmaz edir - yeni gəlişmə
Asiya ilə Afrikanın sərhədində, həm də Asiyadan Avropaya gedən mühüm ticarət yolunda yerləşən Süveyş kanalında bir gəminin saya oturması dünya ticarətinin bu süni su yolundan nə qədər asılı olduğunu üzə çıxardı. Tarixinə nəzər salsaq görərik ki, 1869-cu ildə istismara verilən strateji əhəmiyyətli Süveyş kanalı qısa müddətdə Fransanın nəzarətində olub. Lakin Böyük Britaniya tezliklə Fransanı kanala nəzarət imkanlarını getdikcə məhdudlaşdırmağa, 19-cu əsrin əvvəllərində isə onu prosesdən tam kənarlaşdırmağa nail olub. Misir və kanal 1952-ci ildə Misirdə Əbdül Nasirin hakimiyyətə gəlişinə qədər demək olar ki, bütünlüklə Londonun nəzarətində qalıb. 1956-cı ildə Nasirin kanalı milliləşdirməsi nəticəsində Misir 7 günlük Süveyş müharibəsi ilə üzləşib. Böyük Britaniya, İsrail və Fransanın iştirak etdiyi müharibə nəticəsində kanal dağıdılan gəmilərin qəbiristanlığına çevrilib, 1 ildən sonra BMT-nin müdaxiləsi ilə orada gəmilərin hərəkəti bərpa olunub.
1967-ci ildə ərəb dövlətləri ilə İsrail arasındakı 6 günlük müharibə isə kanalın 8 ildən çox istifadəsiz qalmasına səbəb olub. Belə ki, müharibə zamanı İsrail Sinay yarımadasını işğal edib, kanalda olan 14 gəminin heyəti hərəkət bərpa olunan 1975-ci ilədək gəmilərdə yaşamalı olublar.
Kanalın uzunluğu 160 km, eni maksimum 350 metr, dərinliyi 20 metrdir. Dərinlik az olduğu üçün kanalla supertankerlərin hərəkəti mümkün deyil. 2014-2015-ci illərdə Misir dövləti 72 kilometr uzunluğunda paralel kanal inşa edib. Lakin bəzi ərazilərdə birtərəfli hərəkət qaldığı üçün kanalın ötürücülük gücünü artırmaq mümkün deyil. Yaxın gələcəkdə paralel kanalın başa çatdırılması nəzərdə tutulur.
Süveyş kanalı Misirə ildə on milyardlarla dollar gəlir gətirir. Hər il onunla dünyadakı gəmilərin 10 faizi qədər gəmi keçir. Dünya dəniz ticarətinin 7 faizi bu kanal üzərindən reallaşır. Afrikanı dolanmaqla keçən yolla müqayisədə gəmilərini Süveyş üzərindən daşıyanlar orta hesabla 140 min dollara qənaət etmiş olurlar. Üstəlik, cəmi 14 saat çəkən Süveyşdən keçən yolla müqayisədə Afrika marşrutu 8 gündən yuxarı vaxt aparır.
Süveyş kanalı Avropanın Yaxın Şərq neft və qazı ilə təchizatında mühüm əhəmiyyətə malikdir. Məsələn, Qətərdən Avropaya gedən sıxılmış qazın demək olar ki, hamısı bu kanaldan keçməklə nəql olunur. Analitiklər hesab edirlər ki, soyuq qış aylarında baş vermədiyinə görə Süveyşin bağlanması Avropanın qaz təchizatında demək olar ki, izsiz qaldı. Eyni zamanda COVİD-19-a görə Avropanın neftə tələbatı kəskin azaldığı üçün bu sahədə də problem yaşanmadı. Nəhayət, dünya iqtisadiyyatı məhz koronavirus pandemiyasının təsiri altında olduğuna görə mühüm ticarət yolunun 1 həftəyə yaxın bağlı qalmasından böyük dərəcədə təsirlənmədi. “Bloomberg”in hesablamalarına görə, kanalın bağlı qaldığı hər gün dünya iqtisadiyyatına 10 milyard dollara başa gəlib.
Xatırladaq ki, uzunluğu 400 metr, 224 min ton yükdaşıma qabiliyyəti olan “Ever Given” konteyner daşıyıcısı Çindən Niderlanda gedərkən martın 23-ü axşam saya oturub. Onu bir də martın 29-na keçən gecə yerindən tərpətmək mümkün olub. Bunun üçün gəminin burnunun ilişdiyi yerdə dibdərinləşdirmə əməliyyatı zamanı 20 milyon tondan yuxarı qum daşınıb.
Süveyş kanalında hərəkətin qismən də olsa, bərpa edilməsi xəbəri dünya neft bazarında qiymətlərin 2-3 faiz arasında ucuzlaşmasına səbəb olub. Brent markalı neftin iyun fyuçersləri 63 dollara, WTI isə 59 dollara qədər ucuzlaşıb. Lakin bir neçə saatdan sonra hər iki marka itirilən “mövqeləri” bərpa etməyə, hətta bir qədər də baha qiymətə satılmağa başlayıb.
Hazırda Süveyşdən keçmək növbəsini gözləyən 350-yədək gəmi var. Kanalın gündə 100-dək gəmini ötürmək gücü olduğunu nəzərə alsaq, yaxın 3-4 gün ərzində normal hərəkətin bərpa olunacağını söyləmək olar.
Süveyşdəki problem aradan qaldırılsa da, bu hadisənin böyük daşıma şirkətlərinin planlarında dəyişikliyə səbəb olacağı gözlənilir. Qlobal daşıma zəncirində COVİD-19 səbəbi ilə yaranmış fasilələrdən sonra Süveyş kanalındakı hadisə şirkətlərin yüklərin daşınma marşrutlarına yenidən baxılması prosesini sürətləndirəcək. Beynəlxalq konteyner daşımaları sahəsində liderlərdən biri olan Danimarkanın “Maersk” şirkətinin rəhbəri Soren Skoyun sözlərinə görə, artıq daşımaçı şirkətlər marşrutları və nəqliyyat vasitələrini diversifikasiya etməklə bağlı addımlar atmaqdadırlar. Bu barədə o, “Financial Times” qəzetinə danışıb: “Dünyanın aparıcı şirkətləri çatdırılma marşrutlarının sayını artırmağa çalışırlar ki, birində problem yarandıqda çatdırılma zənciri qırılmasın. Biz artıq daşımalarda ”dəqiq vaxtında" prinsipindən “hər ehtimala qarşı” prinsipinə keçirik. Süveyş kanalındakı insident insanları daşıma zəncirində dəyişikliklərə sövq edir. Yükləri vaxtında çatdırmaq çox vacibdir, çünki əks halda siz satışları itirirsiniz. Vaxtında çatdırılma prosesində vəsaitlərə qənaət prinsipi satışların itirilməsinə gətirib çıxarmamalıdır".
“Maersk” şirkəti Süveyşdəki problem üzündən 15 gəmisini Afrikanın ətrafından dolanaraq keçən yolla göndərməyə məcbur olub. Bu isə yüklərin təyinat nöqtəsinə 10 sutka gec çatdırılması deməkdir. Buna görə də H&M, Nike və Unilever kimi beynəlxalq korporasiyaların yüklərini daşıyan şirkət müştəriləri üçün vacib olan bəzi komponentləri təyyarələrlə daşımaq variantını müzakirə edir.
Qeyd edək ki, Süveyş kanalında yaranan problem Çindən, Asiyadan Avropaya yükdaşımaların başqa marşrutları ilə bağlı müzakirələri genişləndirib. Bu baxımdan, müxtəlif ölkələr öz ərazilərindən daşımaların artırılması imkanlarını genişləndirmək planlarına dəyişiklik edirlər. Məsələn, Rusiya Şimal dəniz yolu üzərindən daşımaların artırılması planlarının icrasını sürətləndirmək niyyətindədir. Bu ölkənin Energetika Nazirliyindən mətbuata verilən açıqlamada Şimal dəniz yolunun naviqasiya üçün açıqolma müddətinin 2020-ci ildə 9-10 aya çatdırıldığı qeyd edilir: “Bu isə Asiyadan Avropaya yükdaşımaların daha uzun müddət ərzində ən ucuz başa gəlməsinə səbəb olur”.
Nazirliyin məlumatına görə, 2020-ci ildə Şimal yolu ilə 18 milyon tonu sıxılmış qaz olan 33 milyon ton yük daşınıb. Vladimir Putinin tapşırığına əsasən bu həcmlərin 2024-cü ilədək 80 milyon tona çatdırılması hədəflənir.
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da, hələ də bu dəhliz tam gücü ilə çalışmır: “İlkin qiymətləndirmələrə görə, bu kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard dollaradək xərc yaradır. Dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirirdi.
Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da təchizat ilə bağlı investorların narahatlıqları son günlər xeyli səngiyib və bu da “qara qızılın” birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub. Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və o intervalda stabilləşməsi real görsənmir".
Millət vəkili bildirir ki, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artıracaq: “Qeyd edim ki, ”Şimal-Cənub" nəqliyyat dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi".
Yeri gəlmişkən, Süveyş kanalının bağlı qalması SOCAR-ın əməliyyatlarına demək olar ki, təsir göstərməyib. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycan neftinin satışı baxımından əsas hədəf bazarı Avropa və Aralıq dənizinin hövzəsində olan ölkələrdir. Şərq istiqamətində də zaman-zaman Azərbaycan nefti göndərilir, lakin bugünlərdə həmin istiqamətdə hələlik tanker nəzərdə tutulmayıb: “Fars körfəzindən Aralıq dənizinə Süveyş üzərindən neftin daşınması azalsa da, həmin neftin xassələri bizim neftdən fərqlənir. Odur ki, hazırkı vəziyyətdən irəli gələn qıtlıq Azərbaycan neftinə olan tələbata da birbaşa təsir göstərməz”.
O, həmçinin vurğulayıb ki, hazırda pandemiya ilə əlaqədar neftə olan tələbat ümumilikdə nisbətən aşağı olaraq qalır. Belə görünür ki, Avropadakı neft emalı zavodları da hələ ki mövcud həcmlərə qane olur. Beləliklə, yaranmış vəziyyət fraxt qiymətlərinin artması istisna olmaqla, neft bazarına hələ bir o qədər təsir göstərməyib(APA).
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2021, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-03-2021, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16