reklam
Regionxeberlericom.az » Dünya » Ərdoğan bacardı: - “Rusiya-Ukrayna müharibəsi başlamayacaq”

reklam

Ərdoğan bacardı: - “Rusiya-Ukrayna müharibəsi başlamayacaq”



Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya ilə Ukrayna arasındakı toqquşmanın ləngimədən, sülh yolu ilə həllinin tərəfdarıdır. Türkiyə lideri, həmçinin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən danışıb. O, problemin sülh yolu ilə həlli üçün bütün səylərin səfərbər olunduğunu deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.

“Prezidentin ofisi Vladimir Putinlə danışıq aparmaq üçün müraciət edib. Hələ bir cavab almamışıq. Ümid edirik ki, bu, dialoqdan imtina deyil”, - deyə Y. Mendel bildirib.

O bildirib ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib.

Mətbuat katibi V.Zelenskinin Donbassda gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Parisə səfər edəcəyini vurğulayıb.

Ukrayna dövlət başçısnın Ankaraya səfəri və Ərdoğanın rusiyalı həmkarı ilə telefon danışığı artıq üçlü formatın yarandığını göstərir. Elə isə indiki vəziyyətdə Türkiyənin rolu nədən ibarət olacaq?

Siyasi analitik Turab Rzayev bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Aydındır ki, Kreml dünyaya mesaj vermək, öz gücünü göstərmək istəyir. Amma indiki halda genişmiqyaslı müharibə Moskva üçün arzuolunmaz nəticələrlə yadda qala bilər. Məsələn, sanksiyalar artar, imici daha da pisləşər. Zelensi isə xüsusilə Qərbin dəstəyini hiss etdiyi vaxtda geri addım atmaq istəmir.

Əks halda qarşıdan gələn prezident seçkilərində qalib gəlmək şansı azalar. Belə mürəkkəb şəraitdə Ərdoğan tərəflərə sülhün təmin olunmasında maraqlı olduğunu bildirdi. Və bir növ barışdırıcılıq missiyası ilə çıxış edərək tərəfləri ən azından hazırkı status-kvonun qorunmasının daha yaxşı olduğuna inandırdı”.

T. Rzayev yaxın gələcək üçün savaş ehtimalını istisna edir:

“Görünür, Ərdoğan bunu bacardı. Çünki Rusiya prezidentinin sözçüsü Vladimir Peskov öz açıqlamasında müharibəyə başlamaq fikirlərinin olmadığını söyləyib. İkinci bir tərəfdən, Rusiya adətən hərbi əməliyyatlara qəfil başlayır. İndiki halda isə bir aydır ki, hazırlıqların getdiyini görürük. Əlbəttə, Moskvanı çəkindirən bir məqam da NATO-nun hərəkətlənməsidir.
Zənnimcə, hələ bir müddət hazırkı status-kvo qorunacaq və Rusiya hərbi əməliyyatları aktivləşdirməyəcək”.


Paylaş:


Müəllif : Tarix:
12-04-2021, 19:00
Sikayət   


loading...
Загрузка...