NATO-da Ukrayna müzakirələri: - Çətin suallar və mücərrəd cavablar
ABŞ Müdafiə naziri Lloyd Austin və Dövlət Departamentinin sədri Anthoni Blinken bu gün NATO-nun Brüsseldəki qərargahında alyansın Baş katibi Cens Stoltenberqlə görüşəcəklər.
Ovqat.com xəbər verir ki, məlumat NATO-nun Baş katibi Yens Stoltenberqlə Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın dünən keçirdikləri toplantıda bəyan olunub.
Məlumata görə, bugünkü toplantıda Rusiya, İraq və Əfqanıstanla bağlı məsələlər müzakirə ediləcək.
Bildirilir ki, bu iclasdan sonra NATO müttəfiqlərinin müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə Şimali Atlantika Şurasının ümumi toplantısının keçiriləcək. Ümumi iclas video-konfrans üsulu ilə baş tutacaq. ABŞ rəsmilərinin - Austin və Blinkenin bu görüşə Stoltenberqlə birlikdə NATO-nun Brüsseldəki qərargahından qatılacağı xəbər verilir.
Qeyd edək ki, NATO Baş Katibi Stoltenberq dünən Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı qəbul etmiş və bu görüşdən sonra NATO-Ukrayna Komissiyasının iclası keçirilmişdi.
ABŞ dövlət katibi Blinken də Brüsseldə ukraynalı həmkarı Kuleba ilə görüşmüş, ona "artan Rusiya təcavüzü qarşısında ABŞ-ın sarsılmaz dəstəyini" çatdırmışdı.
Stoltenberq ilə Kulebanın görüşdən əvvəl keçirdikləri mətbuat konfransında NATO rəsmisi jurnalistlərin çətin sualları qarşısında qalmış və qaçamaq cavablarla onları yola vermişdir. Əsasən Ukraynadan mətbuat konfransına bağlanan jurnalistləri ən çox narahat edən isə Kiyevə verilən sözlərin nə dərəcədə tutulub-tutulmamasıdır.
Dünənki mətbuat konfransından dilə gətirilən ən maraqlı fikirləri və sualları diqqətinizə çatdırırıq.
Stoltenberqin açılış nitqindən bəzi hissələr:
✅ Rusiyanın qeyri-adi hərbi fəaliyyəti ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün bu yaxınlarda ATƏT-də keçirilmiş görüşdə iştirak etməmək qərarına təəssüflənirik.
✅ Rusiya öz beynəlxalq öhdəliklərinə əməl etməlidir.
✅ NATO-nun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi sarsılmazdır.
✅ Biz Krımın Rusiya tərəfindən qanunsuz və qeyri-legitim ilhaqını tanımırıq və tanımayacağıq.
✅ Biz Rusiyanı Ukraynanın şərqində yaraqlılara dəstəyini dayandırmağa və qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırmaqda davam edirik.
✅ Ukraynanın geniş imkanlara malik tərəfdaş kimi yeni statusu hər iki tərəfin bizim tərəfdaşlığımızdan nə dərəcədə faydalandığını nümayiş etdirir.
✅ Biz Ukrayna Silahlı Qüvvələri üçün kadr hazırlığı da daxil olmaqla, onun hərbi potensialının artırmasına kömək edirik.
✅ Biz Qara dəniz regionunda əməkdaşlığımızı gücləndirdik və limanlara səfərlərin və təlimlərin sayını artırdıq.
Sual-cavablar
BBC-nin Kiyev təmsilçisi Conah Fişer: NATO-nun Baş katibinə; bütün bu danışıqlar - dəstək, xəbərdarlıq və ciddi narahatlıq barədə deyilənlər sadəcə söz olaraq qalır və çox güman ki, Rusiya tərəfindən nəzərə alınmayacaqdır. Ukraynanın xarici işlər nazirinə isə; sizin fikrinizcə, Rusiya NATO ölkələrindən hansı təzyiqləri görməlidir, çünki siz açıq-aydın dediniz ki, quru sözlərdən daha çox işlər görmək istərdik.
NATO-nun baş katibi: 2014-cü ildən bəri NATO müttəfiqlərinin Ukraynaya ən müxtəlif üsullarla əhəmiyyətli dəstək verdiyini görürük. Biz Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəti şəkildə siyasi dəstəyimizi ifadə edirik. NATO və NATO müttəfiqləri Ukraynaya praktiki dəstək verir. Müdafiə və təhlükəsizlik institutlarını qurmaqda onlara kömək edir, islahatlar vasitəsilə Silahlı Qüvvələrini modernləşdirə bilməsinə çalışırıq. NATO üzrə müttəfiqlər məşqlər, təlimlər keçirir, birgə təlimlərdə iştirak edir, eləcə də digər müxtəlif üsullarla dəstəklənməsini təmin edirlər.
Beləliklə, biz görürük ki, NATO və Ukrayna son illərdə də Ukraynaya xüsusi statusu verilməsi yolu ilə möhkəmləndirilmiş güclü tərəfdaşlıqlarını inkişaf etdiriblər və biz Qara dəniz regionunda çoxlu hərbi dəniz qüvvələrinin mövcudluğunu artmışıq və çoxlu gəmilərlə Ukraynanın limanlarına səfərlər etmişik.
İcazə verin, onu da əlavə edim ki, 2014-cü ildə Krımın qeyri-qanuni ilhaq edilməsindən və Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən Şərqi Ukraynanın sabitliyini davam etdirməsindən sonra NATO üzrə müttəfiqlərimiz də bu il ilk dəfə olaraq müdafiə xərclərini artırıb. Bütün müttəfiqlərimiz müdafiə sahəsinə daha çox sərmayə yatırırlar və biz də Alyansın şərq hissəsində, Qara dəniz regionunda, həm də Baltik bölgəsində iştirakımızı, hərbi varlığımızı artırmışıq. Bütün bunlar Rusiyanın Ukraynaya qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq edilib.
Üstəlik, NATO müttəfiqləri Rusiyaya qarşı müxtəlif iqtisadi sanksiyalar tətbiq ediblər. Beləliklə, bu dəstək təkcə sözdə deyil, əməldə də həyata keçirilir. Bugünkü görüş zamanı da, əlbəttə, biz tərəfdaşlığımızı daha da möhkəmləndirə biləcəyimizi müzakirə edəcəyik, NATO və NATO üzrə müttəfiqlər tərəfindən Ukraynanın güclü dəstəyini daha da göstərə bilərəm.
Ukraynanın xarici işlər naziri: Strateji cəhətdən Rusiya anlamalıdır ki, Ukrayna demokratiya dünyasına, Qərb dünyasına məxsusdur və Qərb Rusiyaya Ukrayna demokratiyasını və suverenliyini dağıtmağa imkan verməyəcəkdir. Bu mesaj dostlarımızın və tərəfdaşlarımızın Rusiyaya çatdıra biləcəyi çox aydın və çox sadə bir mesajdır. Ukrayna rus dünyasının bir hissəsi deyil və heç vaxt belə hesab edilməyəcək.
Operativ səviyyədə Rusiyanın qarşısını alacaq, onun təcavüzkar niyyətlərinin qarşısını alacaq tədbirlər görülməlidir. Bu, Baş katibin qeyd etdiyi kimi, Rusiyanın təcavüzünün qarşısını almaq tədbirlərini artıracaq sanksiyaların yeni mərhələsi ola bilər. Çünki bilirik ki, Rusiya üçüncü ölkələrə Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığa mane olmaq üçün əlindən gələni edir. Rusiya bizim müdafiə potensialımızı sarsıtmaq üçün inadla çalışır.
“İnterfaks-Ukrayna" İnformasiya Agentliyindən İrina Somer: Baş katib, siz artıq geniş imkanlara malik tərəfdaşlıq statusundan danışdınız. Bilmək istərdim, NATO-nun Ukraynaya bu statusu verdiyi vaxtdan təxminən bir il keçmişdir, Kiyevin bu proqramda iştirakı Alyansa əlavə hansı dəyərlər qazandırır?
Cənab nazir, xahiş edirəm deyəsiniz, bu proqramdan Ukrayna indiyədək nə qazandı?
NATO-nun baş katibi: Geniş imkanlar tərəfdaşlığı mühüm tərəfdaşlıqdır və bu tərəfdaşlıq NATO müttəfiqlərinin Ukrayna ilə tərəfdaşlığa verdiyi dəyəri nümayiş etdirir.
NATO-da imkanların genişləndirilməsi üçün bizim çox məhdud sayda tərəfdaşımız var; Bu, İsveç, Finlandiya, Gürcüstan, İordaniya və Avstraliya, həmçinin Ukraynadır. Bu, bizim siyasi əməkdaşlığımızı, birgə iş üçün praktiki əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün platformadır. Bu, həm Ukrayna, həm də NATO-nun müttəfiqləri üçün uğurlu əməkdaşlıqdır və mən Ukrayna ilə NATO arasında qurulmuş geniş imkanlar tərəfdaşlığı vasitəsilə nümayiş etdirilmiş sıx birlikdəliyin vacibliyi barədə yenilənmiş sadiqliyi və çox güclü siqnalı qətiyyətlə alqışlayıram. Beləliklə, biz bunu addım-addım inkişaf etdiririk, söhbət təkcə siyasi məqsədlərdən getmir, həm də geniş imkanlar tərəfdaşlığı çərçivəsində əməli fəaliyyət və əməkdaşlıqdan gedir.
Ukraynanın xarici işlər naziri: Tərəfdaşlıq proqramı çox praktik bir vasitədir və çox qiymətlidir. Mən bu fürsətdən istifadə edərək, bu statusu bizə verdiyinə görə Baş katibə və müttəfiqlərə təşəkkür etmək istərdim.
Tərəfdaşlıq proqramı Ukrayna Silahlı Qüvvələri ilə NATO-nun müdafiə sektoru arasında operativ uyğunluğu xeyli artırmağa kömək edəcək. Biz artıq bu proqram çərçivəsində bir sıra tədbirlər həyata keçirmişik.
Mən hesab edirəm ki, Şərqdə Rusiya Federasiyası ilə münasibətimizin indiki gərginləşməsi də onu göstərir ki, Ukrayna və NATO arasındakı Tərəfdaşlıq proqramının mümkün imkanlarından və fürsətlərindən istifadə etməlidir. Biz yeni birgə tədbirlərlə proqramın həyata keçirilməsi üçün səylərimizi gecikmədən gücləndirməliyik.
Oslo, “NRK”-dan Gro Holm: Əvvəlcə, Baş katib Yens Stoltenberqə bir sual; Ukrayna Krım kimi öz ərazisinə və müəyyən dərəcədə Şərqi Ukraynaya tam nəzarət etməsə, NATO-nun tam hüquqlu üzvü ola bilərmi?
Sonra isə xarici işlər nazirinə sual; Sizin fikrinizcə, indiki vəziyyətdə əsgər və hərbi texnikanı Ukraynanın şərqinə göndərməklə Rusiya nə qədər uzağa getməyə hazırdır?
NATO-nun Baş katibi: NATO-nun 30 müttəfiqi Ukraynanın NATO-ya üzv olmağa hazır olmasına qərar verməlidir.
Ukrayna kimi hər bir ölkənin alyans üzvlü üçün müraciət etməsi suveren hüququdur, lakin üzvlük təklifinin qəbul olunması üçün 30 müttəfiqin qərar verməlidir, bu da üzvlərin hüququna aid məsələdir. Bu, mühüm prinsipdir, çünki Rusiya hazırda öz nüfuz dairəsini bərpa etməyə çalışır.Bu, həqiqətən, geridə buraxmağa çalışdığımız bir dünyadır. Buna görə də biz Ukraynanın öz yolunu seçməsini, sonra isə 30 müttəfiqin suveren hüququnu qətiyyətlə dəstəkləyirik. İslahat və modernləşmə üzrə Ukraynanın səyləri islahatın yeganə yoludur, Avroatlantik inteqrasiyaya istiqamətində ən yaxşı yoldur və biz Moskvadan etirazlarını qəti şəkildə rədd edirik. Rusiyanın NATO ilə bağlı qərarlara, digər ölkələrin alyansa qəbul edilməsinə bir növ veto qoymaq hüququ ola bilməz. Hər bir ölkənin öz yolunu seçmək, o cümlədən, istənilən təhlükəsizlik mexanizmlərində iştirak etmək, o cümlədən NATO-ya üzv olmaq kimi suveren hüququ vardır.
Ukraynanın xarici işlər naziri: 2008-ci ildə Buxarest sammitində NATO Ukrayna və Gürcüstana üzvlük vədi verib. Biz həqiqətən də inanırıq ki, Alyans etibar edə biləcəyiniz və vədlərini yerinə yetirən institutdur. ABŞ üçün Ukraynanın NATO-ya üzvlüyü zaman məsələsidir.
Hələ 2014-cü ildə ağlasığmaz idi ki, Rusiya Krımın və Donbassın işğalına əl atacaq. Xatırlatmaq istərdim ki, Rusiya strategiyalarının ilkin planı ondan ibarət idi ki, Ukraynanı yarı bölsün və “Novorossiya” adı altında siyasi təsisat yaratsın. Bu plan Ukrayna dövlətinin apardığı səmərəli əks-tədbirlər, əsgər və zabitlərimizin fədakarlığı sayəsində iflasa uğradı.
NATO üzrə müttəfiqlər də daxil olmaqla, tərəfdaşlarımız Ukraynanın hazırkı sərhədlər çərçivəsində Rusiyanı dayandırmasında mühüm rol oynamış, bizə bu işdə kömək etmişlər. Buna görə də siz məndən soruşanda ki, Rusiya nə qədər uzağa gedə bilər, mənim cavabım belədir: mən heç nə istisna edə bilmərəm, amma hesab edirəm ki, bizim bütün mümkün alətlərimiz təkcə Rusiyanın qarşısını almaq üçün deyil, həm də onu Ukraynanın işğal olunmuş ərazilərindən çıxmağa məcbur etmək üçün olmalıdır.
Ukrayna öz suverenliyini bərpa edəcək və buna görə də Avratlantik regionun bu hissəsində bütün təhlükəsizlik məkanı möhkəmlənəcəkdir.
Ovqat.com-dan haşiyə:
Ukrayna rəsmilərininin son zamanlarda verdiyi açıqlamalardan anlaşılır ki, rəsmi Kiyev NATO-ya üzvlüyə öz təhlükəsizliyinin qarantı kimi baxır. NATO üzvləri isə buna isti yanaşmırlar. Xüsusilə Almaniya “rus təhlükəsi”ni bəhanə edərək Ukraynanın alyansa qəbul olunmasının qarşısını alıb.
Alyansın Nizamnaməsinə görə, bütün strateji qərarlar konsensusla qəbul olunmalıdır. Bu qaydaya uyğun olaraq, sadəcə bir müttəfiqin vetosu istənilən qərarın qəbulunu əngəlləyə bilər və bir çox NATO ölkələri məhz bu hüququndan istifadə edərək alyansın bir çox planlarının qarşısını alırlar.
ABŞ yetkililərinin və NATO Baş katibinin mövqeyi onu göstərir ki, bugünkü toplantıda Ukrayna və Gürcüstanın alyansa qəbul məsələsi də gözdən keçiriləcək. Sözsüz ki, 30 müttəfiqdən bu təklifə etiraz edənlər də az olmayacaq.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2021, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-04-2021, 11:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08