İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var
Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb.TASS xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi bildirib.
O qeyd edib ki, İsrail tərəfi hadisəni ciddi hücum kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq.İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb.Digər bir raket isə “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.“Alquds” qəzetinin məlumatına görə, raket zərbələri nəticəsində üçü uşaq olmaqla, ən az doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.Fələstinin “Saut Al-Aqsa” radiostansiyasının məlumatına görə, artıq HƏMAS təşkilatı raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb. “Palestina” peyk telekanalı isə bildirib ki, “İslam cihadı” qruplaşması İsrail istiqamətində atılan 30 raketə görə məsuliyyətin onlara aid olması barədə bəyanat yayıb.Qeyd edək ki, bir müddət əvvəl HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Übeyda bildirib ki, İsrail yerli vaxtla saat 18:00-dək hərbçilərini Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən geri çəkməlidir.
Son məlumatlara görə, artıq İsrail ordusu HƏMAS-ın mövqelərinə cavab zərbələri endirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-05-2021, 21:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-05-2021, 21:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti