İyulun 1-dən Avropa Birliyi ölkələrində peyvəndləmə sertifikatları tətbiq ediləcək
Avropa Birliyinə (AB) daxil olan 27 ölkədə qurumun daimi nümayəndələri tərəfindən koronavirusa qarşı peyvəndləmə sertifikatları təsdiq edilib.
APA xəbər verir ki, bu barədə AB Şurasının cümə günü Brüsseldə yayılan açıqlamasında bildirilib.
Qeyd edilib ki, Şuranın Daimi Nümayəndələr Komitəsi mayın 21-də Avropa Parlamenti ilə COVID Avropa rəqəmsal sertifikatı ilə bağlı 20 May tarixində əldə edilmiş siyasi razılığa yekdilliklə dəstək verib.
Peyvənd sertifikatları 1 iyul tarixindən etibarən bütün AB ölkələrində tətbiq olunacaq.
Sertifikat QR kodu ilə rəqəmsal və kağız formatında pulsuz təqdim ediləcək.
Bu sənədin sərbəst hərəkət etmək hüququndan istifadə etmək və ya səyahət üçün nəzərdə tutulmadığı bildirilib.
Sertifikatda 3 kateqoriyalı məlumat qeyd edilib: Peyvəndin adı, koronavirusa yoluxma tarixləri, sağalma tarixləri və test nəticələri.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin cümə günü Romada keçirilən Qlobal Sağlamlıq Sammitində bildirib ki, bütün Avropa Birliyi ölkələri rəqəmsal COVID-19 sertifikatından istifadə etməyə hazır deyil: "Biz bu mexanizmi işə saldıq, lakin bütün ölkələr buna hazır deyil, digər ölkələrin də bu mexanizmlə tanış olması lazımdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:22-05-2021, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-05-2021, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25