reklam
Regionxeberlericom.az » Dünya » Amerikalı milyarder tələbələrin 40 milyon dollarlıq kredit borcunu ödədi

reklam

Amerikalı milyarder tələbələrin 40 milyon dollarlıq kredit borcunu ödədi


Amerikalı milyarder və investor Robert F. Smith 2019-cu il məzunu tələbələrin 40 milyon dollarlıq kredit borclarını ödəyəcək. O, həmçinin "Morehouse College"ə 1,5 milyon dollar maliyyə yardımı edib.

Investor bu haqda "Morehouse College"in tələbələrinin məzun günündə çıxışı zamanı bildirib.

"Xahiş edirəm ayağa qalxın, arxanıza çevrilin, dizi dəstəkləyən ailənizi alqışlayın. Onlar burada olmağınızın səbəbidir", - deyə o çıxışı zamanı deyib.

Milyarderin bunun qarşılığında yeni nəsildən istədiyi yeganə istək onların da özlərindən sonrakı nəsillərə yardım etməsidir. O müjdə xəbəri isə belə verib:

"Bu ölkədə yaşayan 8 nəsil adına, sizin avtobusunuza bir az benzin qoyacağıq. Bu mənim sinfimdir və və mənim sinfim bunun qarşılığını verəcək".

Amerikanın Mərkəzi Bankı bildirib ki, bu ilin mart ayına Amerikalıların 1 trilyon 598 milyard dollarlıq tələbə kredit borcu var.

Qeyd edək ki, ABŞ-da pulsuz universitet təhsili olmadığına görə, tələbələrin böyük bir qismi yüksək təhsil haqlarını ödəmək üçün kredit çəkmək məcburiyyətində qalır.


Paylaş:


Müəllif : Tarix:
1-06-2019, 23:51
Sikayət   


loading...
Загрузка...