reklam
Regionxeberlericom.az » Dünya » Ermənistan baş nazirliyinə namizəd Azərbaycanda erməni katolikosu ilə görüşdü... - FOTO

reklam

Ermənistan baş nazirliyinə namizəd Azərbaycanda erməni katolikosu ilə görüşdü... - FOTO

Dünəndən Laçın sərhəd-keçid məntəqəsindən keçərək Xankəndinə gəlməsinin gözlənildiyi barədə xəbərdarlıq etdiyimiz Ermənistan Milli Təhlükəsizıik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan artıq Azərbaycan torpaqlarını gəzməkdədir.

Moderator.az xəbər verir ki, bu haqda qəsbkar ölkə mediası məlumat yayıb.

Məlumatda hazırda Ermənistanda gözlənilən seçkilərdə “Şərəf duyuram” blokundan baş nazirliyə namizəd olan A.Vanetsyanın ondan bir qədər öncə Qarabağa gəlmiş bütün ermənilərin katolikosu II Qareginlə də görüşdüyü də bildirilir.

İşğalçı ölkənin keçmiş MTX rəhbəri “Facebook” səhifəsində “erməni kilsəsi ilə çiyin-çiyinə tezliklə bu fəlakət”dən çıxacağına ümidini ifadə edib.

A.Vanesyan daha sonra Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş başçısı, Kremlin sadiq nökərlərindən sayılan Bako Saakyanla gecə saatlarında çəkilmiş birgə fotosunu da paylaşıb.



Paylaş:


Müəllif : Tarix:
5-06-2021, 10:02
Sikayət   


loading...
Загрузка...