Türkiyə ən azı 15 ölkəyə görə məsuliyyət daşıyır - Ərdoğanla Bayden görüşünün PƏRDƏARXASI
"Türkiyənin regionda maraqları Türkiyə dövləti durduqca olacaq, bu anlaşılan və izahediləndir, Türkiyənin Cənubi Qafqaza təsir imkanlarına gəldikdə isə bu Turkiyə dövlətçiliyinin gücü və imkanlarından, habelə regionun özündə və ətrafında baş verən hadisələrdən, geosiyasi proseslərdən asılı olaraq artıb və ya azalıb"
Bizim.Media ilə dialoq zamanı bu fikirləri səsləndirən politoloq Elşən Manafov əlavə etdi ki, bu gün Türkiyə böyük 20-liyin üzvlərindən biri olaraq nəinki regionda, ümumən dünyada nüfuz və güc sahibi olan dövlətlərdən biridir.
NATO da quru qoşunları kontingentinin sayı və döyüş qabiliyyətinə görə 2-ci, onun maliyyə məsrəflərini ödəyən ilk 8-likdə olan dövlətdir:
"Bu mənada Türkiyənin regionda olan maraqları təbii ki, NATO-nun hərbi güc baxımından əsas opponenti olan Rusiya tərəfindən də nəzərə alınır, qəbul edilir.
Digər tərəfdən Türkiyənin bizim də təmsil olunduğumuz regionda bu gün kifayət qədər fəal və aktiv siyasəti, sərgilədiyi mövqe həm də Türkiyə Azərbaycan münasibətlərinin mahiyyətindən və qarşılıqlı maraqlarından irəli gəlir ki, bu münasibətlər Rusiyanı Türkiyə ilə münasibətlərdə qarşıdurmaya deyil, daha çox əməkdaşlga sövq edir. Azərbaycan bu münasibətlərin qarşıdurmadan anlaşma və əməkdaşlıq müstəvisinə keçirilməsi üçün moderator rolunda da çıxış edib və bu mənada regionda sülh, əmin-amanlıq, təhlükəsizliyin təminatı kimi Turkiyə ilə yanaşı öz töhfəsini verib.
Türkiyənin regionda aktiv siyasəti həm də digər region dövləti olan Gürcüstanın bu kimi məsələlərdə tutdugu mövqe, sərgilədiyi siyasət baxımından da zəruri və vacibdir.
Gürcüstanın Qərbə meyli, inteqrasiya siyasəti, onun Rusiyaya ilə münasibətlərdə yaşadığı problemlər, Qərbin təhlükəsizlik sisteminə qoşulma səyləri həm də Türkiyənin regional siyasətini müdafiə etməyə, onunla munasibətləri dərinləşdirməyə gedir.
NATO-nun Brüsseldə keçirilən son sammiti də göstərdi ki, Şimal Alyansı ABŞ-Türkiyə münasibətlərinə hələ də böyuk əhəmiyyət verir, müttəfiq olaraq onun regional maraqlarını anlayır və müdafiə edirlər.
Lakin Türkiyə bu gun regionda yeni geosiyasi reallıqları da görur, bu reallıqlar Azərbaycan ordusunun Ermənistan üzərində əldə etdiyi qələbədən sonra yaranıb və formalaşıb ki, bu qələbəyə Türkiyə qardaş ölkə olaraq öz töhfəsini verib, ona görə də Türkiyə indiki format və mərhələdə elə Rusiyanın özü kimi Cənubi Qafqaza bağlı siyasətində vəziyyətdən çıxış edərək bəzi, istisna hallarda qarşıdurmaya, əsasən isə əməkdaşlığa gedəcək.
Ərdoğanın Brüsseldəki sammitdə Türkiyənin sərhədləri, NATO sərhədləri kimi açıqlaması göstərir ki, Ankara NATO faktorunu da qabardaraq regionla bağlı maraqlarından geri çəkilməyəcək, lakin NATO daxilində özünə birmənalı olmayan münasibəti (burada isə hətta bəziləri Turkiyə ilə mehriban düşmənçilik edirlər), o cümlədən Suriyada, habelə Liviya və Balkanlarda olan maraqlarından çıxış edərək, Rusiya ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi, iqtisadiyyatlarına qarşılıqlı investisiyaların yatırılması ilə bağlı amillərdən çıxış edərək Rusiya ilə münasibətlərdə məlum qırmızı xətti keçməyəcək, eynilə Rusiya kimi.
Əminəm ki, Bayden və Putinin bu ayın 16-da baş tutacaq görüşündə məhz bu məsələ, qırmızı xətti keçməmək daha çox müzakirə olunacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:16-06-2021, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-06-2021, 11:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25