reklam
Regionxeberlericom.az » Dünya » Bu ölkədə çadır düşərgələri dağıdıldı: 100 ölü...

reklam

Bu ölkədə çadır düşərgələri dağıdıldı: 100 ölü...


Sudanın paytaxtı Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Bu barədə məlumatı Yeni Akit yayıb. Məlumata görə, Sudan Həkimləri Komitəsi bəyanat yayaraq, ölənlərin sayının rəsmi mənbələrdə 100 göstərilsə də, əslində daha çox olduğunu bildirib. Komitə Nil çayından 40 cəsəd çıxarıldığını, bundan əvvəl də 60 nəfərin öldürüldüyünü vurğulayıb.

Qeyd edək ki, Sudanda hərbi çevriliş 4 aylıq etirazlardan sonra 11 apreldə baş tutub. Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb və həbs edilib. İyunun 3-də isə səhər Xartumun mərkəzinə xüsusi təyinatlı qüvvələr yeridilib.


Paylaş:


Müəllif : Tarix:
5-06-2019, 21:31
Sikayət   


loading...
Загрузка...