reklam
Regionxeberlericom.az » Dünya » Ermənilər Qarabağda “referendum”a hazırlaşır - NƏ BAŞ VERİR?

reklam

Ermənilər Qarabağda “referendum”a hazırlaşır - NƏ BAŞ VERİR?



Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyan referendum keçirmək qərarı verib. JAMAZ.İNFO NEWS.am saytına istinadən xəbər verir ki, “Qqarabağa etimad referendumu” adını daşıyacaq səsvermə ilə bağlı xəbəri Harutyunyan bu gün Xankəndidə təyin etdiyi mitinqdə açıqlayacaq.

Sayt yazır ki, Arayik Nikol Paşinyanın Ermənistanda son qələbəsindən sonra həvəslənərək, özünün Qarabağdakı “hakimiyyətinin” legitim olmasını sübut etməyə çalışır.

Xatırladaq ki, dünən Xankəndidə bir qrup erməni Arayik Harutyunyanın istefa verməsi tələbi ilə etiraz aksiyası keçirib. Bu gün saat 18:00-da isə Arayik Xankəndidə mitinq təyin edib və hamını ora dəvət edib. O bəyan edib ki, bütün məsələlərlə bağlı açıq danışacaq və hamının suallarını cavablandıracaq.

Qeyd edək ki, Qarabağda belə bir “referendum”un keçirilməsinə rəsmi Bakının necə yanaşacağı çox maraqlıdır. Ümumiyyətlə, Azərbaycan buna nəinki necə baxacaq, bunun qarşısını almaq üçün tutarlı addım atmağa borcludur. Əəks təqdirdə, “münaqişə bitib”, “Qarabağ Azərbaycanın tərkib hissəsidir”, “ərazi bütövlüyümüz təmin edilib” bəyanatlarının əsassız olduğu üəz çıxacaq.



Paylaş:


Müəllif : Tarix:
22-06-2021, 17:52
Sikayət   


loading...
Загрузка...