Hindistanda virus ikinci dəfə mutasiyaya uğradı: Yeni dalğa qaçılmaz olacaq
Dünya Hindistanda meydana gəlmiş koronavirusun yeni növü "Delta"nın (Hindistan ştammı-red.)təhlükəsini azaltmağı müzakirə etdiyi bir vaxtda, virus ikinci dəfə mutasiyaya uğrayıb.
"İndia Today"-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Tibb Elmləri İnstitutunun direktoru Randip Quleria bildirib. Belə ki, "Delta-plus" (B.1.617.2.1) adlanan yeni mutasiya olunmuş növ Hindistanda güclü dalğanın yaranması təhlükəsini artırıb. Virusun bu ən yeni növü olduqca yoluxucudur.
Mütəxəssisin fikrincə, koronavirusun bu variantına hətta xəstəlik daşıyıcısı olan birinin yanından sadəcə maskasız bir anlıq keçməklə də yoluxmaq olur. Bundan əlavə, həkimlər və səlahiyyətlilər, "delta-plus"un monoklonal antikorlara qarşı davamlı olmasından narahatdırlar.
Hazırda alimlər mövcud peyvəndlərin yeni ştammla mübarizədə nə qədər təsirli olduğunu qiymətləndirmək üçün araşdırmalar apardıqlarını bəyan ediblər.
Qeyd edək ki, bir müdət öncə Hindistan Səhiyyə Nazirliyi əhalinin daha sıx yaşadığı Kerala, Maharaştra və Madhya-Pradeş əyalətlərinin rəhbərlərinə COVID-19-un ən yeni növünün təhlükələri barədə xəbərdarlıq etmişdi. Xüsusilə, virusun bu variantının ağciyər hüceyrələrini daha güclü şəkildə yoluxdura bilməsi barədə məlumatlar yayılmışdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-06-2021, 14:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-06-2021, 14:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54