“Absurd ittiham və təhdidlər Belarus xalqını Ukraynalılardan ayıra bilməz” - Kiyevdən Minskə diplomatik cavab
Ukrayna hələ də Belarusdan sərhədlərin bağlanması barədə rəsmi bildiriş almayıb.
Ovqat.com xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Lukaşenkonun sərhədləri bağlamaq tapşırığını şərh edərkən bildirib.
Nikolenkonun fikrincə, Lukaşenkonun bu qərarından ilk növbədə Belarus xalqı əziyyət çəkəcək.
Sözçü Belarus liderin Ukraynadan silah tədarükü ilə bağlı ittihamlarını qəti şəkildə rədd edərək deyib:
"Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Gələcəkdə də bunu etmək niyyətində deyilik. Minskdən də eyni mövqeyini gözləyirik: şimal sərhədimizin təhlükəsizlik sahəsi olaraq qalmasını istəyirik”.
Nikolenko Ukraynanın insan hüquqlarına hörmət etdiyini və Belarusla bağlı siyasətinin bu ölkə xalqının qanunun aliliyinin hökm sürdüyü demokratik dövlətdə layiqli bir həyat qura bilməsi kimi legitim maraqlarını dəstəkləməyə yönəldiyini vurğulayıb.
"Ancaq Ukraynanı xarici təhlükə olaraq göstərmək Belarus xalqını dezinformasiya, repressiya və hədə-qorxu ilə idarə etmək siyasətinə uyğundur. Əminik ki, heç bir absurd ittiham və təhdid Belarus xalqını dost Ukrayna xalqından və insanların hüquqlarını qoruyan Ukrayna dövlətinə hörmətdən döndərə bilməz”, - sözçüsü belə deyib.
Xatırladaq ki, Lukaşenko dünən Ukraynanı Belarusda “yatmış” terror yuvaları qurmaqda ittiham edərək, sərhədlərin tamamilə bağlanmasına qərar vermişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2021, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2021, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32