İranda etiraz dalğası genişlənir: Ölən və yaralananlar var

Iranın Xuzistan əyalətinin şəhərlərində su çatışmazlığı ilə bağlı təşkil olunan etirazlara dəstək olaraq Luristan əyalətinin Əligudərz şəhərində də etirazlar başlayıb.
Bu barədə “Anadolu” agentliyi İranın dövlət televiziyasına istinadla məlumat yayıb.
Qeyd edilir ki, Əligudərzdəki nümayişlər zamanı bəzi naməlum şəxslər odlu silahdan atəş açıblar, nəticədə 20 yaşlı gənc ölüb və iki 16 yaşlı gənc yaralanıb.
Hadisəni törədənlərin tutulması üçün istintaq başladıldığı qeyd edilib.
İran səlahiyyətlilərinin açıqladığı məlumata görə, 15 iyuldan bəri 8 gecə davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 5-ə çatıb.
Xuzistandakı etirazlarla əlaqədar bir açıqlama yayan “Amnesty International” təhlükəsizlik qüvvələrinin nümayişlər zamanı ən azı 8 nəfəri öldürdüyünə dair məlumatlara sahib olduqlarını açıqlayıb. Açıqlamada təhlükəsizlik qüvvələrinin Xuzistandakı dinc etirazları yatırmaq üçün döyüş sursatı, gözyaşardıcı qaz və avtomatik silah istifadə etdikləri bildirilib./Oxu.az
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2021, 22:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-07-2021, 22:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur