İRANDA ETİRAZLAR TƏBRİZƏ SIÇRADI... - "Azərbaycan!" şüarı + VİDEO
İranın Xuzestan vilayətində su qıtlığına və digər sosial problemlərə görə günlərdir davam edən etirazlar Cənubi Azərbaycana - Təbriz şəhərinə də sıçrayıb.
Virtualaz.org xəbər verir ki, bu gün iyulun 24-də Təbriz küçələrinə çıxan azərbaycanlılar Xuzestan sakinlərinin etirazlarına dəstək ifadə ediblər və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı silah işlətməsini pisləyiblər. Habelə azərbaycanlılar “Azərbaycan, Ələhvaz!”, “İttihad, ittihad!” şüarları da səsləndiriblər.
AN.T (aznews.tv) Güney Azərbaycan televiziyasına cənubdan daxil olan görüntülərə əsasən Təbriz küçələrinə çıxan minlərlə etirazçıya polis və motosikletli “Bəsic” üzvləri müdaxilə etməyə çalışır. Bəzi yerlərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib.
Etirazlar xaotik xarakter daşıyır və təşkil edilməyib, çünki cənublu milli fəalların əksəriyyəti hazırda həbsdədir və Cənubi Azərbaycanda təşkil edilmiş etirazların keçirilməsi hazırda mümkün deyil.
Xəbər verildiyi kimi, İranın Xuzestan (bölgə sakinləri -etnik ərəblər bu əyaləti Əl-Əhvaz adlandırırlar,-red.) bölgəsində su qıtlığına görə günlərdir kütləvi etirazlar keçirilir və təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində artıq 7-yə yaxın adam həlak olub. Onlardan biri də polis zabitidir. Problemə səbəb həm İranda uzun müddətdir davam edən quraqlıq, həm də illər əvvəl Xuzestan bölgəsindən keçən çayların səmtinin dəyişdirilməsi və onların metallurgiya zavodları yerləşən bölgələrə axıdılmasıdır. İranın Ali dini lideri ötən gün Xuzestan sakinlərinin tələblərinin haqlı olduğunu bildirib və məmurları insanların problemlərini həll etməyə çağırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-07-2021, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-07-2021, 09:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:29
Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
Dünən, 14:52
Daha bir rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu - Zatulin, Milonov və...
Dünən, 14:02
Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir
Dünən, 11:20
Əfv Komissiyasının iclasları başlayır - Nə qədər məhbus həbsxana divarlarını tərk edəcək?
Dünən, 08:42
Oğlumun həyatının nöqtəsi qəfil qoyuldu: Anası şəhidin ölüm xəbərini necə öyrəndi? — VİDEO
9-02-2025, 11:53
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki... VİDEO
9-02-2025, 11:16