Cinayətini etiraf edən rusiyalı deputata məxsus şirkətin helikopteri göldə batdı: İtkin düşənlər var - VİDEO
Rusiyanın Kamçatka diyarında göyərtəsində 16 sərnişin olan Mi-8 helikopteri qəzaya uğrayıb. Helikopterdə olanlardan səkkizi hələ də tapılmayıb.
TASS-ın məlumatına görə, bu barədə Mi-8-in məxsus olduğu “Vityaz-Aero” şirkətinin nümayəndəsi bildirib.
İlkin məlumatlara görə, helikopter Kronotski Qoruğundakı Kuril gölündə batıb. Onun təxminən 100 metr dərinlikdə olduğu bildirilir.
“RİA Novosti” öz mənbələrinə istinadla itkin düşənlərin göyərtədə ola biləcəyini qeyd edib.
Göyərtədə ümumilikdə 3 heyət üzvü və bir uşaq da daxil olmaqla 13 turist olub.
Mətbuatda yayılan məlumatlara görə, azyaşlının taleyi məlum deyil. Ancaq uşağın atası sağ qalıb. Bundan əlavə, Mi-8-də jurnalist və iqtisadçı Nikolay Korjenevski də olub.
Qəzada xəsarətlər alan səkkiz nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Fövqəladə hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Qəza ilə bağlı cinayət işi açılıb.
O da vurğulanıb ki, “Vityaz-Aero” şirkətinin sahibi, daha əvvəl adam öldürdüyünü etiraf edən milyarder, deputat İqor Redkindir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-08-2021, 10:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-08-2021, 10:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26