Taliblər Məzari-Şərifə hücum elədilər – özbək marşal Dustum şəhərin müdafiəsinə rəhbərlik edir
Hurriyyet.org xəbər verir ki, “Assoşieyted Press” (AP - Associated Press) agentliyi taliblərin Əfqanıstanın şimalında yerləşən “Məzari-Şərif” rayonuna hücum elədikləri xəbərini yayıb.
Bəlx vilayətinin valisi AP agentliyinə açıqlamasında bu gün səhər satlarında “Taliban” hərəkatının silahlılarının bir neçə istiqamətdən Məzari-Şərif şəhərinə hücum elədiklərini, şəhər ətrafında güclü döyüşlərin getdiyini bildirib.
Taliblərin mətbuat nümayəndəsi Zabiulla Mücahid də Məzari-Şərif şəhərinə hücum barəsində “Tvitter” səhifəsində açıqlama verib.
Məzari-Şərif — Bəlx əyalətinin paytaxtıdır. Əfqanıstanın ən qədim və ən gözəl şəhərlərindən biridir. 450 min nəfərdən çox əhalisi var. Böyüklüyünə görə ölkənin dördüncü şəhəridir.
Çoxmillətli şəhər olan Məzari-Şərifdə özbəklər, taciklər, xəzər türkləri, türkmənlər və puştunlar yaşayırlar. Şəhər Özbəkistanın Termez şəhərindən 58 km cənubda, Əfqanıstanın paytaxtı Kabuldan isə 310 km şimal-qərbdə yerləşir.
Taliblər xəzər türklərinə qarşı qətliam törədiblər
Qeyd edək ki, Əfqanıstanda əhalinin 19 faizini təşkil edən, vətəndaş hüquqlarından isə demək olar məhrum olan türk tayfası – xəzərlər taliblərin hakimiyyəti dövründə Kanda, Zabul, Baqlan, Məzari-Şərif və Bamiyan kimi rayonlarda kütləvi qırğınlara məruz qalıblar. Beynəlxalq hüquq təşkilatlarının hesabatlarına əsasən, taliblər sistemli formada xəzərlərin soyqırımını reallaşdırıblar. Belə ki, 1998-ci ilin avqustunda Məzari-Şərif rayonunda 8 min uşaq və qadın öldürülməsi faktı bunun isbatıdır.
Əfqanıstan türklərinin lideri marşal Dustumun rəhbərlik elədiyi xüsusi təyinatlılar Bəlx vilayətini müdafiə edəcək.Əfqan mənbələrinin verdiyi xəbərə görə, şəhərin müdafiəsinə nüfuzlu hərbi şəxslər— Əfqanıstan özbəklərinin qeyri-formal lideri marşal, Əfqanıstanın keçmiş vitse-prezidenti Əbdül Rəşid Dustum ilə taciklərin nümayəndəsi, Bəlx vilayətinin keçmiş valisi Ətta Məhəmməd Nur rəhbərlik edirlər.
Əfqanıstanın keçmiş vitse-prezidenti, Milli İslam Hərəkatı Partiyasının (Əfqanıstanın türkdilli əhalisini birləşdirən NİDA partiyası) başçısı Əbdül Rəşid Dustum taliblərlə döyüşə rəhbərlik eləmək üçün avqustun 11-də xüsusi reys ilə Kabuldan Məzari-Şərifə uçmuşdu. Marşalla birlikdə NİDA-nın yüzlərlə xüsusi təyinatlı hərbçisi də Bəlx vilayətinə gəlib. Dustum bu günlərdə Türkiyəyə səfərini başa vurmuşdu.
Dustumun evini yandıranlar oğlunu əsir götürdüklərini iddia edirlər
İki gün əvvəl taliblər sosial şəbəkələrdə marşal Dustumun oğlunun Cauzcan əyalətinin mərkəzindəki Şibarqan aeroportunda digər əsgərlərlə birlikdə əsir düşdüyü xəbərini yaymışdılar. Lakin xəbər rəsmən təsdiqlənməyib.
Avqustun əvvəllərində isə taliblər Türkiyədən səfərdən yeni qayıtmış Dustumun evini yandırıblar.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2021, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-08-2021, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29