reklam
Regionxeberlericom.az » Dünya » General Dustumun 10 min döyüşçüsü Talibanla mübarizə üçün hərəkətə keçib - KİV

reklam

General Dustumun 10 min döyüşçüsü Talibanla mübarizə üçün hərəkətə keçib - KİV


General Əbdül-Rəşid Dustumun silahlı birləşmələri «Taliban» hərəkatına müqavimət göstərmək üçün Pəncşər əyalətinə doğru hərəkət edib.

Bu barədə avqustun 19-da Qazaxıstanın «Tenqrinnyus» agentliyi "RİA Novosti"yə istinadla xəbər verib.

Əldə olan informasiyaya görə, özbək generalın komandanlığı altında 10 minə yaxın əfqan hərbçisi var. Onlar Kabilin şərqindəki bölgəyə yollanırlar - orada taliblərlə Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh döyüşlər aparır.

Rusiya agentliyinin məbəsinin təsdiqlədiyi kimi, Salehin gücləri Çarikar rayonunu (Parvan əyaləti) «Taliban»dan alıblar.

«Hazırda döyüşlər Pəncşer rayonunda gedir» - mənbə qeyd edib.

Çarikar üzərindən Salanq tuneli üzrə stratejli əhəmiyyətli avtomobil yolu keçir və Kabili Əfqanıstanın şimalındakı böyük şəhər Məzari-Şəriflə birləşdirir.

Bundan əvvəl Saleh bəyan edib ki, qaçan Prezident Əşrəf Qanidən fərqli olraq, o, ölkədə qalıb və Konstitusiyaya uyğun olaraq, dövlətin müvəqqəti başçısıdır.

Pəncşer Əfqanıstanın yeganə əyalətidir ki, hazırda taliblərin nəzarəti altında deyil. Orada bütün anti-talibilər cəmləşiblər. Bəzi əfqan siyasətçilər, o cümlədən Əhməd Məsud - ölkə qəhrəmanı Əhməd-şah Məsudun oğlu da oradadır.

Bu arada oğul Məsud son müsahibələrinin birində bəyan edib ki, taliblərlə barışa hazırdır - əgər onlar gerçəkdən ölkədə sülh istəyilərsə.

Taliblərin nümayəndəsi Mühəmməd Naim isə öz növbəsində qeyd edib ki, Pəncşerdəki situasiya kəskin deyil və hərbi həll tələb etmir.

«Bu məsələni biz, qarşılıqlı anlaşma yolu ilə həll etmək istəyirik. Bizim xalqımızın yeganə arzusu ölkəmizdə müharibəyə son qoymaqdan ibarətdir» - Naim deyib.


Paylaş:


Müəllif : Tarix:
20-08-2021, 08:25
Sikayət   


loading...
Загрузка...