reklam
Regionxeberlericom.az » Dünya » Bayden səhv etdi, silahlarımız Talibanın əlinə keçdi

reklam

Bayden səhv etdi, silahlarımız Talibanın əlinə keçdi


ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı fəaliyyəti ilə antiqərb radikallarına strateji qələbə hədiyyə etdi.

Bu sözləri amerikalı veteran hərbçi Qreq Stube deyib.

O bildirib ki, Bayden administrasiyası hərbi əməliyyat planlayan zaman baza prinsiplərini kobud şəkildə pozub:

“Qoşunların çıxarılması vaxtını heç vaxt siyasi bəyanatlar və populyarlıq naminə təyin etmək olmaz. Seçkiöncəsi vədlər və keçmiş həmkarlara qəzəb Əfqanıstandakı əməliyyatlara mane oldu. ABŞ ordusunun düşmənlərinə qoşunların yerdəyişmə vaxtı ilə bağlı məlumat vermək düzgün deyildi. Baydenin səhvi nəticəsində əfqanların əlinə amerikan silahları, helikopterləri və ABŞ vətəndaşları keçdi. Bu, Dövlət Departamenti, Pentaqon və Vaşinqton administrasiyasının uğursuzluğudur. İndi bu dəhşətli milli biabırçılığı Baydenin axmaqlığı kimi xatırlayacağıq”.


Paylaş:


Müəllif : Tarix:
21-08-2021, 10:44
Sikayət   


loading...
Загрузка...