reklam
Regionxeberlericom.az » Dünya » “Heç bir təyyarə qaçırılması olmayıb” - AÇIQLAMA

reklam

“Heç bir təyyarə qaçırılması olmayıb” - AÇIQLAMA



“Heç bir təyyarə qaçırılması olmayıb”.

“Report” xəbər verir ki, bunu İran aviasiyasının nümayəndəsi “RİA Novosti”yə bildirib.

Qeyd edilib ki, Əfqanıstandan havaya qalxan Ukrayna təyyarəsi İranın Məşhəd şəhərində eniş edib. Yanacaq doldurulduqdan sonra yoluna davam edən təyyarə Ukraynanın paytaxtı Kiyevə yola düşüb.

Bildirilib ki, Ukrayna təyyarəsi ilə bağlı heç bir problem yaşanmayıb.

13:27
Əfqanıstanda Ukraynaya məxsus təyyarənin qaçırılması barədə yayılan məlumatlar təkzib edilib.

“Report” “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko məlumat verib.

“Kabildə və ya başqa bir yerdə qaçırılmış Ukrayna təyyarəsi yoxdur.

“Qaçırılmış təyyarə” barədə müxtəlif KİV-lərdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir”, - o bildirib.

10:16
Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.

Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.

“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.

Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib.


Paylaş:


Müəllif : Tarix:
24-08-2021, 16:08
Sikayət   


loading...
Загрузка...