reklam
Regionxeberlericom.az » Dünya » Türkiyə İranla sərhədini 7 tonluq sədlərlə qapadır - SƏBƏB - FOTO

reklam

Türkiyə İranla sərhədini 7 tonluq sədlərlə qapadır - SƏBƏB - FOTO



Türkiyə Van bölgəsinin Çaldıran əyalətindən başlayaraq Ağrının Doğubayazıt və Hakkarinin Yüksekova xəttinə qədər uzanan İranla sərhədə modul divar və ağıllı qüllə sədləri çəkir.

regionxeberlericom.az unikal.org-a istinadən bildirir ki, qanunsuz keçidlərin qarşısını almaq üçün Yüksekova mahalının İranla sərhəd xəttində yerləşən 43 kilometrlik ərazi beton divarla qapadılıb.

Bildirilib ki, hazırda 560 kilometrlik modul divar və ağıllı qüllələrin tikilməsi işləri davam edir.

Qeyd edək ki, beton zavodlarında istehsal olunan divarların hündürlüyü 3 metr, eni 80 santimetr və hər birinin çəkisi 7 tondur.



www.instagram.com

Узнать больше

Əlavə olaraq, ərazi 24 saat ərzində ciddi nəzarət altında saxlanılır.


Paylaş:


Müəllif : Tarix:
30-08-2021, 16:15
Sikayət   


loading...
Загрузка...